» » » BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ


Şeçilmişlər BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ

BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ PDF
ADI:
BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ
REYTİNQ:
  • 0
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
914 MB
Cəmiyyətin iqtisadi tərəqqisi ictimai əmək bölgüsü ilə sıx əlaqədardır. Müəssisə səviyyəsində bıı işçilərin ayrı-ayrı əməliyyatlar, texnoloji proseslər üzrə ixtisaslaşmasında və elə ona görə də əmək məhsuldarlığının, istehsal həcminin artmasında göstərir. Müəyyən mərhələdə bu iqtisadi artım üçün əhəmiyyəti faktor olur. Əmtəə istehsalının və xidmət göstərmənin bolluğuna gətirib çıxarır. Aydındır ki. belə ixtisaslaşma və əmək bölgüsü əvvəllər ayrı-ayrı ölkələrin milli iqtisadiyyatı çərçivəsində baş verirdi. Müəyyən dövrdən sonra ictimai əmək bölgüsü həmin çərçivəyə sığmadı, beynəlxalq forma almağa başladı, mübadiləni yeni keyfiyyət mərhələsinə keçirdi, milli təsərrüfatların qarşılıqlı təsirini genişləndirdi, stabiliəşdirdi. Təsərrüfat həyatının və fəaliyyətinin beynəlmiləlləşməsinin mahiyyəti məhz bundan ibarətdir. İndi biz bu prosesin dünya iqtisadiyyatındakı xüsusi rolunun şahidi oluruq, onun yeni kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğradığını görürük. Hazırda dünya təsərrüfatında keyfiyyət dəyişiklikləri meqa iqtisadiyyat adlanan yeni mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, dünya təsərrüfatı sferası getdikcə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatına bilavasitə təsirini gücləndirir və onun inkişafını təyin edən amilə çevrilir. V.A.Medvedyev qloballaşmanı “dünya ölkələri arasındakı münasibətlərdə cəmiyyətin və iqtisadiyyatın müasir sənayeləşmə səviyyəsinin təzahürü forması” adlandırır.