KitabYurdu » Kitab » Biologiya » Genetika (Dərs Vəsaiti)


Şeçilmişlər Genetika (Dərs Vəsaiti)

Genetika (Dərs Vəsaiti) PDF
ADI:
Genetika (Dərs Vəsaiti)
REYTİNQ:
  • +80
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
3.81
Genetika (latın sözü olub geneo-törədirəm) irsiyyət və dəyişkənlik haqqında elm olub, genetik (irsi) informasiyaların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsindən bəhs edir. İrsiyyət viruslardan, bakteriyalardan, ali bitkilərə, heyvanlara və insana qədər butun canlı orqanizimlərə xas olan ən mühim xüsusiyyət olub, nəsillərdə əcdadların əlamətlərinin təzahürüdür. İrsiyyətin ən vacib xüsusiyyətlərindən biri onun konservativliyidir. Konservativlik irsi xüsusiyyətlərin bir çox nəsillər boyu saxlanılmasıdır. Belə ki, nəsillər arasında oxşarlıq milyon illər saxlanılır. İrsiyyətin digər nəzərə çarpan xüsusiyyəti onun dəyişkənliyidir. Əgər konservativlik nəsillər boyu fərdlərin oxşarlığını təmin edirsə, dəyişkənlik canlı həyatın müxtəlifliyini təmin edən bir faktordur. Dəyişkənlik orqanizmin müxtəlif sahələrini ,orqanlarını, hətta hüceyrələri əhatə edə bilir. İrsiyyətin konservatizmi və dəyişkənliyi bib-biri ilə sıx bağlı olub, təkamül prosesinin gedişini müəyyən edir. Genetika elminin əsas predmeti irsiyyəti və onun dəyişkənliyini öyrənməkdir. Genetikanın inkişaf tarixinə nəzər salsaq hələ 1859-cu ildə Ç.Darvin göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsi olan təbii seçmə, iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik. İlk dəfə İ.G.Kelreyter (1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini hibridləşdirərək müəyyən etmişdir ki, hibrid bitkilər öz valideynlərinə nisbətən qüvvətli və davamlı olur. Fransız alimi botanik Şarl Noden (1815-1899) bir-birindən bioloji uzaq növlərin arasında hibridlər almağa çalışmışdır. Onun təcrubələrinin nəticələrindən ibarət əsəri Fransa elmlər akademiyasının qızıl medalına layiq görülmüşdür. Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi çex alimi Greqor Mendeldən (1822-1884) başlayır. O, ilk dəfə olaraq irsiyyətin öyrənilməsində elmə əsaslanan üsul işləyib hazırlamışdır və bitki hibridlərinin üzərində apardığı öz tədqiqatlarında əlamətlərin irsən keçməsinin ən mühüm qanunlarını müəyyən etmişdir. Mendel öz tədqiqatlarının nəticələri ilə ilk dəfə Brno şəhərində təbiətşünaslar cəmiyyətinin iclasında “Bitki hibridləri üzərində tədqiqatlar” adlı məruzə ilə çıxış etmişdir. Bu əsər 1865-ci ildə həmin cəmiyyətin ”Elmi əsərləri”ndə dərc edilmişdir. Lakin müasirləri bu işə lazımi qiymət verməmişdir. ~ 5 ~ Hazırda genetika elminin inkişafını şərti olaraq beş mərhələyə bölürlər. 1900-1912-ci illər genetika elminin inkişafında şərti olaraq birinci mərhələ sayılır. Bu illər ərzində müxtəlif növ bitki və heyvan növləri üzərində G.Mendelin kəşf etdiyi qanunlar sınaqdan çıxmış və öz təsdiqini tapmışdır. 1900-cü ildə Q.de-Friz (1848-1935) Hollandiyada, K.Korrens (1864-1933) Almaniyada, E.Çermak (1871-1962) Avstriyada müxtəlif bitkilər üzərində (lalə, qarğıdalı, noxud) bir-birindən asılı olmayaraq 35 il öncə Q.Mendelin aldığı nəticələri yenidən təkrar etmişlər. 1906-cı ildə ingilis alimi U.Betsonun (1861-1926) təklifi ilə bu elmə “genetika” adı verilmişdir (latın sözü geneo-törədirəm). U.Betsonun toyuqlar, kəpənəklər, laboratoriya gəmiriciləri üzərində, isveç alimi G.Nilson–Elenin dənli bitkilər üzərində polimeriya və kəmiyyət əlamətlərinin irsiliyi, danimarka alimi V.İohansenin (1857-1927) qarğıdalı, taxıl bitkiləri üzərində apardığı işlər genetika elminin inkişafında mühüm rol oynamışdır. 1909-cu ildə V.İohansen “gen”, ”genotip”, ”fenotip” terminlərini təklif etmiş, təmiz xətlər və populyasiya haqqında təlim yaratmışdır. Genetikanın inkişafında ikinci mərhələnin (təxminən 1912-1925) əsas xüsusiyyəti irsiyyətin xromosom nəzəriyyəsinin yaranması və təsdiqi ilə səciyyələnir. Burada amerikan genetiki T.Morqan (1861-1945) və onun tələbələri A.Stertevant (1892-1970), K.Bridces (1889-1938) və G.Müllerin (1890-1967) drozofil milçəyi üzərində apardıqları tədqiqat işləri həllledici rol oynamışdır. Bu işlərin əsasında müəyyən olunmuşdur ki, irsi əlamətlərgenlər hüceyrə nüvəsinin xromosomlarında cəmlənmişdir. İrsiyyətin xromosom nəzəriyyəsi genetikanın görkəmli nailiyyətlərindən biri olaraq onun gələcək inkişafında və molekulyar biologiyanın yaranmasında aparıcı rol oynamışdır. Genetika elminin tarixi inkişafnın ücüncü (1925-1940) mərhələsi süni yolla yeni mutasiyaların alınması ilə səciyyələnə bilər.Mutasiya nəzəriyyəsinin əsas müddəalarını hələ genetika elminin yaranmasınin ilk illlərində (1902-ci ildə) Q.de-Friz öz əsərlərində dərc etdirmişdir. 1925-ci ildə Q.A.Nadson və onun şagirdi Q.E.Filippov süni yolla maya göbələyinə radium şüaları ilə təsir edərək onlarda mutasiya dəyişkənlikləri müşahidə etmişlər. 1927-ci ildə ABŞ-da G.Müller drozofil milçəklərinə rentgen şüaları ilə təsir edərək mutasiya dəyişkənlikləri əldə etmişdir.
Ramiz Dadashov
Kitabi paylashdiginiz ucun teshekkurler
  • 28 iyun 2021 11:20
  • Status: