KitabYurdu » Kitab » Roman » İntiqam Əliyev - Meydan


Şeçilmişlər İntiqam Əliyev - Meydan

İntiqam Əliyev - Meydan PDF
ADI:
"Meydan" romanı
REYTİNQ:
  • +2290
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
3 Mb

Əsə­rin əsas qəh­rə­ma­nı Sa­ra hü­quq fa­kül­tə­si­nin tə­lə­bə­si­dir. Ata­sı Meh­man Sə­fər­li ağır ci­na­yət­lər məh­kə­mə­si­nin ha­kim iş­lə­yir. Dörd nə­fər­lik meh­ri­ban ai­lə dü­zən­li hə­yat sü­rür.

Həs­sas möv­zu­lar­da müx­tə­lif ic­ti­ma­i de­bat­la­ra qa­tıl­dıq­dan son­ra Sa­ra­nın ba­xış­la­rın­da kök­lü də­yi­şik­lik baş ve­rir. Bu mü­za­ki­rə­lər ona cə­miy­yət­də otu­ruş­muş bir çox vər­diş­lə­rin, adət və ənə­nə­lə­rin, o cüm­lə­dən ai­lə mü­na­si­bət­lə­rin­də mil­li-mə­nə­vi də­yər­lər ki­mi təq­dim olu­nan bu­xov­la­rın top­lu­mun in­ki­şa­fı­na ne­cə ən­gə­lə çev­ril­di­yi­ni gör­mə­yə im­kan ve­rir. Və Sa­ra öz çev­rə­sin­də on­la­ra qar­şı çıx­ma­ğa baş­la­yır.

Bu ara­da onun din­dar tə­lə­bə yol­da­şı Fə­rə­cin ata­sı Bə­şir Çər­kəz­li hi­cab qa­da­ğa­sı əley­hi­nə dinc top­lan­tı­da iş­ti­ra­kı­na gö­rə həbs olu­nur və yed­di il müd­də­ti­nə azad­lıq­dan məh­rum edi­lir. Hə­min iş­də­ki ha­kim­lər­dən bi­ri­nin öz ata­sı ol­du­ğu­nu bi­lən­də Sa­ra sar­sı­lır. Bu­na qə­dər o, çox sev­di­yi ata­sı­nı həm də əda­lət­li ha­kim bi­lir və onun­la fəxr edir­di. 

Sa­ra qa­nun­suz hök­mə eti­raz və sax­ta it­ti­ham­lar­la həb­sə atı­lan din­dar­la­ra dəs­tək ola­raq hi­cab tax­ma­ğa baş­la­yır və on­la­rın mü­da­fi­ə­si ilə bağ­lı pro­ses­lə­rə qa­tı­lır. Dinc top­lan­tı­da iş­ti­rak edən din­dar­la­rı ağır cə­za­ya məh­kum edən ata­sı ilə açıq söh­bət­də onu be­lə əda­lət­siz qə­rar ver­mə­yə sövq edən sə­bəb­lə­ri ay­dın­laş­dır­ma­ğa ça­lı­şır. Eşit­dik­lə­rin­dən dəh­şə­tə gə­lən Sa­ra emo­si­o­nal gər­gin­lik ha­lın­da ata­sı­nın üzü­nə sərt it­ti­ham­lar səs­lən­di­rir. Bu söh­bət­dən son­ra ha­kim dəh­şət­li sar­sın­tı ke­çi­rir və və­zi­fə­sin­dən is­te­fa ver­mək qə­ra­rı­na gə­lir...

Naib Resadoglu
Müəllif yaşadığımız həqiqətləri ədəbiyyatın gücündən istifadə etməklə böyük peşəkarlıqla qələmə alıb. Son illər oxuduğum ən yaxşı əsərlərdən biridir, bir nəfəsə oxudum. Hər kəsə oxumağı məsləhət bilirəm. 
  • 25 mart 2019 14:19
  • Status:
Əlizade Z
Əlizade Z
  • 240
Müəllif taniş deyildi deyə, vaxt sərf eləməyə tərəddüd edirdim. İnternetdə axtarış verib hüquqşünas oldugunu görəndə maraq güc gəldi və oxumaq qərarını verdim. Romanı oxumaga başlayandan sonra məni elə aldı ki, kitabı əlimdən yerə qoya bilmirdim. Bəzi hissələrində hətta göz yaşlarima hakim ola bilmədim. Ölkənin, toplumun problemlerini bu qədər aydın və təsirli şəkildə bir romana sıgdırmaq çox böyük məharət və bacarıq tələb edir. Bir sözlə, çox bəyəndim. Müəllifi təbrik edir və yeni əsərlərini səbirsizliklə gözləyirəm.
  • 30 mart 2019 12:20
  • Status:
Rəşad
Rəşad
  • 173
SUPER ROMANDI! Məmləkətimizdə Hüquq elmlərinin atası sayılan və həqiqətdə belə də olan bir Şəxsiyyətin bədii təfəkkürü də yüksək səviyyədədi. Təbrik edirəm.
  • 14 iyun 2019 09:15
  • Status: İstidafəçi xətdə deyil
Rauf abdullayev
[hide][/hide]Cox gozel tesir edici kitabdi yazanin ellerine ureyine sagluq. Oxuduqca oxumagin gelirdi  sonu mene ele geldi yarimciq qurtardi aeraporta goruwduler  kitap qurtardi men davaminisa gozleyirdim kitab sonlandl. Yenede ela kitabiydi.
  • 10 yanvar 2020 04:18
  • Status:
Qonaq Tofiq
Ele salmisiz camati bu kitabdi yazmisiz ağız dolusu ki oxuduqca elden yere qoya bilmedim  .Kitabı yarı eleniwem hele de bir maraqli fikir oxumamaiwam Niye caamatla mezelnirsiz  Bow  bow aile daxili sohbetleri bedii eser sayirsiz  Wexsen men bu kitaba serf elediyim vaxta Cox heyifslendim Cox tessuf  


  • 8 fevral 2020 22:42
  • Status:
Həmidə Ağalarova
İlk öncə bele bir səhifə yaradaraq ,bizlere kitab oxumağı ,daha doğrusu dunyada ən böyük sərvət olan kitabdan yararlanmağimiza yardim etdiyiniz üçün təşəkkürlər.Əsərə gəldikdə isə pis əsər yoxdur pis oxucu vardir ,hər bir kitabdan ən azi bir faydali nəticə cixarmaq olur. 
  • 8 dekabr 2020 03:32
  • Status: