KitabYurdu » Kitab » İqtisadiyyat » İqtisadi tərəqqi və vergi siyasəti


Şeçilmişlər İqtisadi tərəqqi və vergi siyasəti

İqtisadi tərəqqi və vergi siyasəti PDF
ADI:
İqtisadi tərəqqi və vergi siyasəti
REYTİNQ:
  • +19
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2008
ÖLÇÜSÜ:
1.34 Mb
Kitabda Azerbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respubiikamızın müasir vergi sisteminin formalaşdıniması və tekmilləşdirilmesi, onun qanunvericilik bazasının yaradiiması istiqamətində gördüyü işlərdən bəhs edilmişdir. Eyni zamanda, ulu öndərin bilavasitə rəhbərliyi aitında Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, xarici in>vestisiyaiann ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə əlverişli vergi mühitinin yaradiiması istiqamətində həyata keçirilən tədbirlərin analitik təhlili apanimışdır.
Müasir tariximizin 40 ilə yaxın bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın dərin zəkasını, yenilməz iradəsini və əzmini təcəssüm etdirən böyük dövlət xadimlərimizin, tarixi şəxsiyyətlərimizin siyasi və dövlətçilik ənənələrini layiqincə davam etdirərək daha da zənginləşdirən Heydər Əliyev müdrikliyi və fədakarlığı nəticəsində müstəqil dövlətimizin təməli möhkəmlənmiş, qorunub saxlanmış, bu böyük dühanın möhtəşəm əsəri olan müasir Azərbaycan yaranmışdır. Azadlıq və müstəqil dövlətə malik olmaq hər bir xalqın ən böyük istəyidir. Əsrlər boyu xalqımız müs- 13 təqillik qazanmaq arzusunda olub. Lakin hadisələr elə gətirib ki, hər cəhətdən zəngin olan Azərbaycanın müstəqil dövlət olmasına uzun müddət maneçilik törədilib. XX əsrdə tale Azərbaycan xalqına müstəqillik istəyinə çatmağı iki dəfə qismət etmişdir. Birinci dəfə 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının ömrü cəmi 23 ay olmuşdur. İkinci dəfə belə bir fürsət 1991-ci ildə SSRİ- nin dağılması nəticəsində reallaşdı. 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi bu müstəqilliyin qorunub saxlanılmasını şübhə altına alırdı. Müstəqilliyə xas olan bütün atributlara malik olmasına baxmayaraq, ölkə müstəqil daxili və xarici siyasət apara bilmirdi, bir çox hallarda xarici təsirdən asılı bir vəziyyətdə idi. Ölkə vətəndaş müharibəsi, milli dövlətçiliyin məhv olması təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanda gedən neqativ proseslər, idarəolunmaz vəziyyət, hərc-mərclik, iqtisadi və siyasi böhran müstəqilliyin müqəddəratını şübhə altına qoyurdu. Tarix dəfələrlə sübut edib ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunub saxlanılması onun əldə edilməsindən qat-qal ağır və mürəkkəb vəzifədir. Dövlətlərin müstəqillik tarixi kifayət qədər mürəkkəb mərhələlərdən keçib. Ən çətin məqamlarda, ən ağır vəziyyətlərdə cəmiyyət tarixi şəxsiyyətlərin roluna, onların fərdi keyfiyyətlərinə, siyasi məharətinə və uzaqgörənliyinə güvənmişdir. Bu nadir insanlar ən azı milyonlarla insanlardan fərqləndiklərinə görə, onların həyat yolu həm böyük marağa, həm də ən müxtəlif istiqamətlərdə ibrət və səmimiyyət dolu araşdırmalara, təhlillərə layiqdir. Əlbəttə ki, bu nadir şəxsiyyət Azərbaycanın ümummilli lideri, ictimai-siyasi istinadgahı Heydər Əliyevdir. Xalqın vətənimizi sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısım almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir olan bir şəxsiyyətə böyük ehtiyacı var idi və xalq bilirdi ki. belə bir şəxsiyyət yalnız uzaqgörən siyasətçi, 1969-1982-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevirmiş Heydər Əliyevdir. Hamı inanırdı ki, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə malik olan bu uzaqgörən insan bizi faciələrdən, fəlakətlərdən xilas edəcək. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, müstəqilliyimizin təhlükə ilə üzləşdiyi 1993-cü ilin iyun günlərində xalqın təkidilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında dayanan Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi. Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan bəri hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi. Siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz xarakter aldı. Məhz həmin dövrdə Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsas zəmin və möhkəm təməl yaradıldı. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş günü elan etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda siyasi münasibətlər sisteminin yenidən yaradılmasına və cəmiyyətin milli ideologiya ətrafında birləşməsinə rəvac verdi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai münasibətlər sisteminin bütün sahələrində sabitlik və qarşılıqlı anlaşma mühiti yaradıldı. İctimai sabitliyin mövcud olmadığı, siyasi təhlükəsizliyin formalaşmadığı bir ölkədə iqtisadi tərəqqidən və sosial inkişafdan danışmaq olmaz. Hər bir iqtisadi islahat, sosial irəliləyiş davamlı sabitliyə əsaslanır. Digər tərəfdən isə iqtisadi inkişafın özü də nəticə etibarilə cəmiyyətdə sosial ədalətin bərqərar edilməsinə və davamlı sabitliyin yaradılmasına stimul verir. Ümummilli lider Heydər Əliyev sabitliklə inkişafın olduqca mürəkkəb xarakter daşıyan qarşılıqlı təsir mexanizmini Azərbaycanda həyata keçirməyə müvəffəq oldu. Onun Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər tariximizə inkişaf və çiçəklənmə dövrü kimi daxil olub. Heydər Əliyev hələ o vaxt Azərbaycanı müstəqil ölkə kimi görürdü. O, rəhbərliyə gəlməzdən əvvəl respublika iqtisadiyyatında öz həllini gözləyən çoxsaylı problemlər mövcud idi. Ölkəni bu vəziyyətdən çıxarmaq üçün möhkəm iradəyə malik, xalqı öz ardınca apara biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu.