» » » ELEKTRONİKA ingilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət ІI hissə. M – S


Şeçilmişlər ELEKTRONİKA ingilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət ІI hissə. M – S

ELEKTRONİKA ingilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət ІI hissə. M – S PDF
ADI:
ELEKTRONİKA ingilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət ІI hissə. M – S
REYTİNQ:
  • +6
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.33 MB
Elektronika – ingilis, rus və azərbaycan dillərində izahlı ter-monoloji lüğət‖in II hissəsini Sizin diqqətinizə təqdim edirik. I hissədə olduğu kimi, burada da əsas məqsədlərdən biri Azər-baycan dilində elektronika üzrə vahid terminologiya yaratmaq-dır. Kitabın quruluşu və stilini olduğu kimi saxlamış, elektron cihazların və qurğuların, həmçinin həmin cihaz və qurğuların işinin əsaslandığı fiziki hadisələr və effektlərin adlarını hər üç dildə vermişik. Kitabın birinci hissəsi işıq üzü gördükdən sonra Sizin verdiyiniz bir sıra təklif və iradlarınızı nəzərə almışıq. Kitab üzərində iş zamanı istifadə etdiyimiz müxtəlif mənbələri araşdırmış və bir sıra terminlərin ədəbiyyatda rast gələn bir neçə variantını göstərmişik. Bundan başqa verilən terminlərə aid rus və azərbaycan dillərində məqalələr tərtib etmişik. Bir çox məqalələr nisbətən daha geniş şəkildə tərtib edilmişdir.
Sonda kitab üzərində işləyərkən müzakirələrdə öz təklif və iradları ilə yaxından iştirak etmiş həmkarlarımıza – Azərbaycan Texniki Universitetinin ―Elektronika‖ kafedrasının bütün əmək-daşlarına təşəkkürümüzü bildiririk. Həmçinin bu kitabın daha da dolğun və faydalı olması üçün öz dəyərli məsləhətlərini vermiş rəyçilərə: AMEA-nın müzbir üzvü, f.r.e.d., professor C.Ş. Abdinova, AzTU-nun ―Elektronika‖ kafedrasının professoru, t.e.d. Ç.İ. Əbilova, Milli Aviasiya Akademiyasının ―Avionika‖ kafedrasının müdiri, t.e.n., dosent İ.Ə. İsgəndərova, AzTU-nun EAKE kafedrasının müdiri, t.e.n., dosent R.M.Rəhimova öz dərin minnətdarlığımızı bildiririk. Kitabın yazılmasına öz diqqət və qayğısını, biliyini və vaxtını əsirgəməyən, əlyazmasını diqqətlə oxumuş və bir çox faydalı təklif və iradlarını bildirmiş elmi redaktorlar, əməkdar elm xadimi f.r.e.d., professor Zərifə xanım İsgəndərzadəyə və dosent Mahmud Axundova öz xüsusi minnətdarlığımızı bildiririk.
Qonaq Aytac
Qonaq Aytac
  • 1
çox işime yaradı. Eziyyeti keçen her kese teşekkürler
  • 13 dekabr 2016 21:17
  • Status: