KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Sabahattin Ali - "Yeni Dünya" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Sabahattin Ali - "Yeni Dünya" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Yeni Dünya
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
 “Hələ bir şey çıxamadı... Deyəsən bu yolu düzəltməyəcəklər. Kəndli də mənə kömək etmir. Biraz passiv insanlardır. Bəlkə də ağıllı insanlardır, boş yerə işləmək istəmirlər. İnsana bir neçə kəlmə ilə cavab versələr yenə nəysə, fəqət nə hə, nə yox! Sanki bu canlıları səs gəlməyən dərin bir quyuya atmısınız.
Axşamlar kəndin yanındaki çöllüyə çıxaraq uzaqda tozlara bürünən yolu seyr edirəm. Bəzən tozdan ağappaq və üstünə səbətlər düzülmüş bir yük maşını görünür. Bir bataqlıqda dizlərini qaldırıb endirərək yeriyən bir insan irəli-geri sallanaraq yıxılacaqmış kimi ağır-ağır irəliləyirdi. Bu, o qədər üzücü mənzərə idi ki, texnikanın ən son növlərindən olan bu maşın ilə dünyanın ən ibtidai yolunun mübarizəsini görməmək üçün insan gözlərini qapadır. Bəzən qaçıb yolu ovuclarımda düzəltmək, orada heç olmasa beş-on metrlik yeri bir ”yol” halına gətirərək öz payıma düşən vəzifəni yerinə yetrimək istəyirəm.” – “Asfalt Yol” adlı hekayədən.
 “Yeni DünyaSabahattin Alinin bir-birindən möhtəşəm hekayələrinin əks olunduğu kitabdır. Kitabın içindəki on üç hekayənin hamısı incə bir ustalıqla qələmə alınmışdır. Sabahattin Alinin axıcı üslubu və ələ aldığı mövzuların incəliyi, yazıçının ustalığını ön plana çəkir. Kitabın içindəki ilk hekayə, az öncə yuxarıda oxuduğumuz “Asfalt Yol” adlı hekayənin qısa məzmunu isə belədir:

Uzaq bir şəhərin uzaq bir kəndinə bir müəllim axtarılır. Kəndin tək yolu olan olduqca pis bir yolun üzərindən kəndə doğru iləriləyərkən, özü də bir kəndli olduğundan kənd əhli ilə daha yaxşı yola gedəcəyini düşünür. Kəndə girdiyi zaman bir neçə yaşlı insan ilə qarşılaşır. Onu olduqca soyuq bir şəkildə qarşılayırlar. Kəndlilər ona, kəndə ən son 6 ay əvvəl müəllim gəldiyini, lakin indi tarlada bir neçə günlük işləri olduğunu və heç kimin məktəbə gələ bilməyəcəyini deyərək, bir neçə gün istirahət etməsini məsləhət görürlər. Səsini çıxarmayan müəllim, bir müddət sonra öz peşəsini yerinə yetirməyə başlayır. Bu müddət ərzində isə kəndin pis olan yollarını düzəltmək üçün əlləşir. Öz kəndlərini və ətrafdaki kəndləri bələdiyyəyə müraciət etmələri üçün yola gətirmək istəyir. Lakin, heç kim ona hə və ya yox da olsa bir söz demir. Müəllim davamlı olaraq kəndləri gəzərək insanları yola gətirmək istəyir. Lakin, heç kimi onu ciddiyə almır və hətta onu məsxərəyə qoyurlar. Üstəlik, kəndin yüksək zümrədən olan sakinləri də ona hirslənməyə başlamışdır. Çünki, kəndlilərə qanunla nəyin nə olduğunu başa salaraq işləmələrinə maneə törətməyə başlamışdır.

Bir gün şəhərə böyük şəxslərdən biri gəlir. Şəhərə gedən zaman isə bu pis yoldan keçmək məcburiyyətində qalır. Şəhərin valisinə bu haqda müraciət edərək, niyə bir şeylər düşünmədiyini sual verir. Vali, əgər yol düzələrsə həmin şəxsin yenidən bu yol ilə şəhərə gəlməsi sözünü alır. Beləcə yol işi canlanmış olur. Vali yolu düzəltdirməklə qalmayaraq, həm də yolu asfaltlamağa qərar verir. Mühəndislər xərcləri hesablayaraq yarım milyon lirə lazım olduğunu deyirlər. Lakin büdcədə cəmisi üç yüz əlli min lirə pul vardır. Banklardan pul almağa qərar verirlər. Biraz çətin olsa da bacarırlar.

Yolda təmir işləri start götürür və bir neçə ay sonra bitir. Müəllim çox xoşbəxt və qürurludur. Yolun açılışını da ön sıralardan izləyir. Lakin, yolun yaxşı salınmamağı haqqında qulağına dedi-qodular gəlib çatır. Lakinbu sözləri o qədər də ciddiyə almır. Hələlik çox qürurlanmışdır.
Bir müddət sonra yolun öküz arabalarının keçməsi ilə yenidən dağılmasını fərqinə varırlar.
Öküz arabaları bir yana qalsın,bir yük maşını keçən kimi yolun ortaları çökməyə başlayır.Bu vəziyyət valinin qulağına gedən zaman vəzifəliləri toplayaraq bir qərar verməyə məcbur olurlar. Rezin təkəri olmayan heç bir nəqliyyat vasitəsi yoldan keçməyəcəkdir. Kəndlilər bu vəziyyətə çox hirslənirlər. Xüsusi ilə də müəllim bu qərara çox kədərlənir. Kəndlinin nə rezin təkərlərdən istifadə etməyə pulu, nə də dağ yolundan istifadə edərək yolu altı saat uzatmağa vaxtı vardır. Kəndin muxtarı bir neçə gün sonra müəllimi yanına çağırır və vəziyyəti ona danışır. Kəndlilər olanlara görə onu günalandırırlar. Hətta bir neçə dəfə onu döymək istəsələr də, muxtar onlara icazə verməmişdir. Lakin onun kənddən ayrılmasını istədiyini bildirir. Müəllim bir müddət idi ki, bu xəbəri gözlədiyindən bütün əşyalarını toplayaraq asfalt yoldan geri qayıtmağa başlayır.

Sabahattin Ali - "Yeni Dünya" əsərinin Türk dilində EPUB formatında elektron versiyasının oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1748-sabahattin-ali-yeni-dunya.html