KitabYurdu » Kitab » HR » ƏMƏK VƏ İNSAN RESURSLARI ÜZRƏ İQTİSADÇININ LÜĞƏT-MƏLUMAT KİTABÇASI


Şeçilmişlər ƏMƏK VƏ İNSAN RESURSLARI ÜZRƏ İQTİSADÇININ LÜĞƏT-MƏLUMAT KİTABÇASI

ƏMƏK VƏ İNSAN RESURSLARI ÜZRƏ İQTİSADÇININ LÜĞƏT-MƏLUMAT KİTABÇASI PDF
ADI:
Əmək və insan resursları üzrə iqtisadçının lüğət-məlumat kitabçası
REYTİNQ:
  • +37
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
752 KB
Milli iqtisadiyyatın bu istiqamətdə inkişafı bilavasitə sosial sferanın və onun aparıcı elementi olan əməyin təkmilləşməsi ilə başlıdır, hansı ki, tədqiqatda iqtisadi həyata yeni amillərin təsiri öz əksini tapmışdır. Müasir iqtisadi gerçəkliyin yeni hadisə və prosesləri gələcək dövrün elmi-tədqiqat işlərində özünün məntiqi davamını və dərk edilməsini tapacaqdır. Odur ki, biz də yaşadığımız və fəaliyyət göstərdiyimiz, ciddi dəyişikliklər gedən bir dövrdə müasir həyatın aktual problemlərinin öyrənilməsindən kənarda qala bilmərik. Elmi-təfəkkürdə baş verən proseslərdə biz də öz iştirakımızı çox vacib və zəruri hesab etdik. Son illərdə müasir iqtisadi reallığın praktiki olaraq bütün əsas məsələlərinə həsr olunmuş çox maraqlı monoqrafiyalar, elmi icmal və məqalələr, dərs vəsaitləri yazılmışdır. Biz də öz növbəmizdə iqtisad elminə kiçik bir töhfə etməyi özümüzə borc bildik. Kollektiv yaradıcılığımızın nəticəsi olaraq geniş oxucu kütləsinə təqdim etdiyimiz iqtisadçının əmək və insan resursları üzrə lüğət-soraq (lüğət-arayış) kitabçasıdır. Bu lüğət elmi-tədqiqatla məşğul olanlara, mütəxəssislərə, bakalavr və eləcə də magistraturada oxuyanlara, həmçinin əmək və insan resursları problemləri ilə məşğul olan və bu işlə maraqlanan bütün şəxslərə istifadə üçün tövsiyə edilir.