» » » DEMOKRATİYA GEDİLƏSİ UZUN BİR YOL DEMOKRATİYA VƏ ANTİDEMOKRATİYA ANTOLOGİYASI


Şeçilmişlər DEMOKRATİYA GEDİLƏSİ UZUN BİR YOL DEMOKRATİYA VƏ ANTİDEMOKRATİYA ANTOLOGİYASI

DEMOKRATİYA GEDİLƏSİ UZUN BİR YOL DEMOKRATİYA VƏ ANTİDEMOKRATİYA ANTOLOGİYASI PDF
ADI:
Demokratiya: gediləsi uzun bir yol demokratiya və antidemokratiya antologiyası
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2001
ÖLÇÜSÜ:
2.58 MB
Qarşımızdakı bu toplu elə vaxtda işıq üzü görür ki, artıq cəmiyyətimiz demokratiya və insan haqları anlayışını 80-ci illərin əvvəllərindəki kimi birmənalı qavrayıb həsrətlə gözləmir. Görünür, biz bu gün onun üstünlüklərinə və özündə daşıdığı problemlərə daha ciddi və tənqidi yanaşırıq. Bu da təbiidir, axı son on ildə ölkədə baş vermiş köklü demokratik dəyişikliklərin ilk çağlarında bu qədər ehtiyac duyduğumuz bir şeyi —tarixi təcrübəni biz indiindi əldə edirik.
Qısa müddətdə bir-birini əvəzləyən və bir-birini qəti inkar edən, eyni zamanda hər biri özünü demokratik sayan üç siyasi rejimin şahidi olduqdan sonra bəzilərimiz bu qənaətə gəlmişik ki, ―bizdə indiyədək demokratiya olmayıb, yaxud ―bizdə olan demokratiya əsl demokratiya deyil, yaxud ―demokratiya, ola bilsin, yaxşı şeydir, digəl ki, bizə yaramır və nəhayət, ən çox eşitdiyimiz: ―Bu, mənlik deyil, mən, sadəcə, yaşamaq istəyirəm.
Qısa vaxt ərzində baş verən sosial sarsıntılardan xoflanmış adamlar azadlıqdan bir qorxu, dəyişikliklərə qərəz, ictimai fəallığın faydasına inamsızlıq duymağa başladılar. Bununla yanaşı, demokratiyanın problemləri indi də ictimai mübahisələrin ən yayılmış mövzusu olaraq qalır. Demokratiyanın nəzəriyyəsi ilə tanış olmaqla biz öyrənib bilirik ki, demokratiya öz mahiyyətinə görə insanların öz-özlərini idarə etməsi deməkdir; öyrənirik ki, demokratiya zamanı hər kəs digərinə öz bərabəri kimi baxmalıdır; öyrənirik ki, demokratik dövlətdə hakimiyyət bölüşdürülməli və ona məhdudiyyət qoyulmalıdır. Bu gün bütün bunlar cəmiyyətə yaxşı bəllidir, nəinki bəllidir, həm də bu müddəalar bizim Konstitusiyada əks olunmuşdur. Və bununla belə, bu gün Azərbaycanda demokratiyanın acınacaqlı halına nəzər saldıqda bizdə belə bir duyğu yaranır ki, demokratiyanın başlıca sirri bizim üçün hələ də açılmamış qalmaqdadır. Britaniyadakı kimi parlament, ABİ-dakı kimi Konstitusiya bizdə də var, lakin demokratiya və insan hüquqları sahəsindəki uğurlarımız adamı məyusedəcək dərəcədə azdır...
Bu yerdə adama belə bir xilasedici fikir gəlir ki, ümumiyyətlə, dünyada demokratiya yoxdur — dünyanın hər yerində seçkilər yalnız qüdrətli rejissorların qoyduğu tamaşadır; məhkəmələrdəki çəkişmələri pulu çox olanlar udur və s. və i. Bundan dərhal sonra ağlımıza belə bir fikir də gəlir ki, namusumuz dolanmağımıza mane olmamalıdır.
Bu kitab məhz belə şübhələr haqqındadır. Demokratiyanın qədim çağlardan başlayıb bizim günlərədək uzanan inkişaf yolunu göstərən materiallardan tərtib edilmiş bu antologiya ilə oxucu tanış olarkən görəcək ki, bizim bu gün üzləşdiyimiz problemlərlə, bizi tərk etməyən şübhə və qorxularla demokratiya yoluna qədəm qoymuş bütün xalqlar istisnasız olaraq üzləşmişlər. Bu gün Qərb dünyasında axarına qoyulmuş rahat, firavan həyat insanın çoxəsrlik mənəvi axtarışlarının, onun öz adına layiq, şərəfli həyat uğrunda apardığı mübarizənin gedişindəki dramatik vətəndaş münaqişələrinin nəticəsidir.
Biz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideyaları təqdim etməyə çalışmışıq. Antologiyada bəşər tarixinin ən böyük simaları demokratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəlişigözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər. Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub. Topluda demokratiyanın ən böyük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur. Bu insan ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.
Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil — o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik İekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.
Antologiyanın böyük hissəsi — ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmiş 60-dan çox məqalə oxucuları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan başlayaraq müasir demokratiyaya — çoxluğun hakimiyyətini insan hüquqları ilə məhdudlaşdıran liberal demokratiyayaqədərki demokratik sistemin keyfiyyət inkişafı ilə tanış edir. Bundan əlavə, toplu demokratiyanın məkanca inkişafını — antik şəhər-dövlətlərdən üzü bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsalında aydınca sezilən gələcək ümumbəşər hökumətinə doğru uzanan yolunu izləməyə imkan verir.
Kitabda İngiltərə, Amerika və Fransa inqilablarına da böyük diqqət yetirilib və oxucular 1988-92-ci illərdə Azərbaycanda baş verənləri yada salmaqla həmin təlatümlü olayları daha aydın və canlı təsəvvür edə bilərlər. Burada insan hüquqları: seçki hüququ, söz və din azadlığı, köləliyin ləğv edilməsi, qadınların hüquq bərabərliyi uğrunda mübarizə də kifayət qədər əks olunmuşdur.
Antologiyaya başlıca olaraq Amerikadakı, Qərbi və İərqi Avropadakı demokratiyanın problemləri haqqında materiallar daxil edilmişdir; burada Azərbaycandakı demokratiyanın problemləri barədə beş məqalə də vardır ki, onlar ayrıca fəslə ayrılmayaraq, digər materialların arasında xronoloji qaydada düzülməklə bütün dünyada gedən demokratik prosesin vahid təbiətini əyani nümayiş etdirir. Bu məqalələr gələcəkdə bizim üçün çox vacib olan ―Azərbaycanda demokratiya araşdırmasının özəyini təşkil edə bilər. Təəssüf ki, kitabın həcminə qoyulan hədd biz oxucuları demokratiya və insan hüquqlarına aidiyyəti olan bir çox dünya və Azərbaycan müəlliflərinin və siyasi simalarının əsərləri ilə tanış etmək imkanından məhrum etmişdir.
Bununla belə, demokratiyanın tərkib hissəsi olan insan hüquqları mövzusu ilə daha əsaslı tanış olmaq istəyənlər üçün antologiyada ―İnsan hüquqları bəşəriyyətin başlıca ideyasıdır essesi təqdim olunmuşdur ki, bu material lazım gəldikdə ictimai fənn müəllimləri və ali məktəb tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər...
Ümid edirik ki, bu antologiya bizi demokratiyanın sirrinə bir addım da yaxınlaşdıracaq, bir də, kim bilir, bəlkə bunda heç bir sirr yoxdur? Axı adətən yaşlı nəslin öz ağlı ilə kəsdirə bilməyib sirr zənn etdiyi şey cavanlar üçün apaydın həqiqətdir.
Taleyini öz əlinə almaq, öz həyatında kəskin dönüş yaratmaq keçmiş sovet adamı üçün böyük sarsıntı, postsovet Azərbaycanında həyata qədəm qoymuş gənc üçünsə adi bir hərəkətdir. Demokratiyanın bizə qeyri-real görünən müddəaları, ola bilsin, gənc nəsildə heç bir təəccüb doğurmaz — həyatda yalansız da yaşamaq mümkündür; insanlar arasında mövcud olan fərqlər cəmiyyətin parçalanmasına deyil, onun inkişafına kömək edir; dünyada heç bir yeganə və son həqiqət yoxdur, saysız-hesabsız həqiqətlər vardır ki, hər kəs özünə bu həqiqətlərin arasından hansınısa seçməlidir; azadlığı istəyən gərək onun gətirdiyi müəyyən qarma-qarışıqlığa da dözsün və nəhayət, demokratiya heç kəsə müftə yemək vermir. O, yalnız müəyyən qaydalar məcmusudur ki, biz onun əsasında ―oynamağı öyrənməliyik; öz problemlərimizi əl-ələ tutaraq həll etməyi öyrənməliyik; bir-birimizin mənafeyini gözləyə-gözləyə həll etməyi öyrənməliyik.