KitabYurdu » Kitab » İqtisadiyyat » ÜMUMİ MENECMENT


Şeçilmişlər ÜMUMİ MENECMENT

ÜMUMİ MENECMENT PDF
ADI:
ÜMUMİ MENECMENT
REYTİNQ:
  • +14
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.04 MB
Müasir iqtisadi konsepsiyaların cəld dəyişilməsi (tarnsformasiyası), iqtisadi paradiqmaların inkişafı bütün səviyyədən olan mütəxəssislərdən və rəhbərlərdən yüksək səriştəlik və peşəkarlıq, menecment sahəsində dərin nəzəri biliklərin olmasını tələb edir.
"Menecment" anlayışı müasir iqtisadi leksikaya cəld və möhkəm daxil olmuşdur və mahiyyətcə "idarəetmə" anlayışına oxşar bir ifadəyə çevrilmişdir. O, bazar şəraitində müəssisələrdə həyata keçirilən müxtəlif sosial-iqtisadi proseslərə geniş tətbiq olunur. Dünya təcrübəsində olduğu kimi, ümumi (baş) menecmentlə yanaşı Azərbaycanda menecmentin xüsusi formaları da geniş yayılmağa başlamışdır ki, bunlar da təşkilatların və müəssisələrin ayrı-ayrı funksional fəaliyyət sahələrinə yönəldilmişlər: innovasiyalı menecment, maliyyə menecmenti, işçi heyətinin menecmenti və s.