KitabYurdu » Kitab » Roman » Amid Səlimoğlu - Sən axı kimsən?!


Şeçilmişlər Amid Səlimoğlu - Sən axı kimsən?!

Amid Səlimoğlu - Sən axı kimsən?! PDF
ADI:
Sən axı kimsən?!
REYTİNQ:
  • +135
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2020
ÖLÇÜSÜ:
821 kb
Baş vermiş ölüm hadisəsi özü ilə bir çox sualları da yaratmışdır. İntihar yoxsa cinayət. Mayor Muradov baş-leytenant Şükürov və yenicə tanış olduğu leytenant Ağayeva ilə bu sirli işin öhdəsindən gələ biləcəklərmi? 

P.S. - Bu hekayə müəllif tərəfindən qısa müddət ərzində yazılmış və oxucuların pandemiya dövründə boş vaxtlarını oxuyaraq keçirmələri üçün nəzərdə tutulmuşdur.
Dəhlizə çıxaraq çölə doğru addımlayırdı ki, arxadan gələn səs onu dayanmağa vadar etdi. Astaca geriyə dönərək yenidən addımlamağa başladı. – Buyurun, rəis. Nəsə lazım idi? 
– Polis leytenantı Sevda Ağayeva,
– rəis yanında dayanan xanımı göstərərək dedi.
– Bundan sonra sənə işlərində o kömək edəcək. İnanıram ki, səndən çox şey öyrənəcək,
– deyə gülümsəyərək otağının qapısını açdı. – Nədənsə, mən buna heç inanmıram.
– O da gülümsəyərək qarşılıq verdi.
– Bağışlayın. Adım Rafaeldir, Rafael Muradov.
– Sevdaya özünü təqdim etdi.
– Sizi şəhərdə tanımayan yoxdur, cənab mayor. Sizinlə işləmək mənim üçün fəxrdir.
– Sevda məmnunluğunu bildirdi.
– Sənə bu qoca bilmirəm nə deyib,
– əli ilə kolidorun sonundakı qapını göstərdi. Birgə çölə doğru addımlamağa başladılar,
– ancaq, əslində, mən tək işləməyi üstün tuturam. Rəis də pensiya yaşına çatıb, işdən də çıxmaq istəmir. Elə gündə bir şey çıxarır başıma.
– Gülərək sözünə əlavə etdi.
– Mən sizə mane olmaram.
– Yox. Xətrinə dəyməsin. Sənə görə demirəm. Ümumiyyətlə deyirəm.
– Ağarmış saçlarını ovuşduraraq nə deyəcəyini fikirləşdi.
– Hara gedəcəyimizi bilirsən?
– Bəli. Sizdən əvvəl cənab polkovnik hadisə haqqında mənə danışıb.
– Gözəl. O zaman yola düşsək yaxşı olar. Maşının var?
– Xeyr. – Onda taksiylə gedək. Mənim də yoxdu.
– Yaxşı. Yola çıxaraq taksi saxlayıb hadisə baş verən yerə üz tutdular. Yol boyu heç biri bir söz belə danışmırdı. Ancaq susur və yolu izləyirdilər. Arabir sürücü söhbət etməyə çalışsa da, istəyi alınmır, söhbət yarıda kəsilirdi. Taksi beş mərtəbəli binanın qarşısında dayananda artıq saat üç olmuşdu. Rafael taksidən enərək binaya göz gəzdirdi. Sevda onun hərəkətlərini izləyir, ondan nəsə öyrənməyə çalışırdı.
Zəhra Vəlizadə
Maraqlıdır belə kitablara görə çox sağ olun
?
  • 3 avqust 2020 14:12
  • Status: İstidafəçi xətdə deyil
Amid Selimoglu

Zəhra Vəlizadə, oxuduğunuz və fikir bildirdiyiniz üçün təşəkkür edirəm :)

  • 10 avqust 2020 00:54
  • Status: İstidafəçi xətdə deyil
Selime
Selime
  • 2
Ela kitabdır?
  • 23 avqust 2020 18:19
  • Status:
Amid Selimoglu

Selime, Oxuduğunuz və bəyəndiyiniz üçün təşəkkür edirəm)

  • 15 sentyabr 2020 16:19
  • Status: İstidafəçi xətdə deyil
Qonaq Selena
Qonaq Selena
  • 0
Çox gözəl kitabdır... Bəyəndim....

  • 17 dekabr 2021 16:46
  • Status:
Qonaq Nərmin Məmmədova
çox gozəldi əməyinizə əllərinizə sağlığ  həvəslə oxudum 3cu də çıxsa əla olar ?
  • 16 iyun 2022 17:32
  • Status: