KitabYurdu » Kitab » Ədəbiyyat » Xəlil Rza Ulutürk - Lefortovo zindanında


Şeçilmişlər Xəlil Rza Ulutürk - Lefortovo zindanında

Xəlil Rza Ulutürk - Lefortovo zindanında PDF
ADI:
Lofortovo zindanında
REYTİNQ:
  • +31
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2006
ÖLÇÜSÜ:
1.28 MB
Bu əsər ədəbiyyatımızda elmi-tarixi memuar janrının ilk nümunələrindəndir. İndiyədək analoqu olmayan ədəbi yaradıcılıq tipidir. Belə nümunələrə dünya ədəbiyyatında az təsadüf edilir.
Kitabda istiqlal şairi, milli azadlıq mücahidi Xəlil Rza Ulutürkün azadlıq müdarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ifadə olunmuşdur.
Əsər gənclərimizin hərbi vətənpərvərlik və dövlətçilik tərbiyəsi, vətənə, xalqa, torpağa əqidəcə, məsləkcə bağlanmaq sahəsində qiymətli salnamədir.
Xəlil RzaUlutürk görkəmli şair, filosof, mütəfəkkir şəxsiyyət, ədəbiyyatşünas-alim olmaqla bərabər, ictimai-siyasi xadim, milli istiqlal mücahididir. Onun azadlıq hərəkatı öncüllərindən biri olmasını yalnız Azərbaycana aid olan hadisə hesab etmək olmaz. X.R.Ulutürk mücahidliyi - bəşər azadlıq hərəkatının tərkib hissəsi, dünya bahadırlarına məxsus olan mübarizə yolunun tarixi davamı - gələnəyidir. X.R.Ulutürkün fərdi nümunəsi Məhəmməd Hadi, Fərrux Yəzdi, Sergey Korolyov, Soljenit-sın, Nazim Hikmət, Nelson Mandela, Qarsiya Lorka, Be-loyannis, Xosrov Ruzbeh, Pablo Neruda, KelşVandış, Mehdi Hüseynzadə kimi dünya vətənpərvərlərinin qəhrəmanlıq nümunəsidir.
X.R.Ulutürk xalqımızın azadlığı, milli idealı naminə ayağa qalxmışdı. Zəngin tarixə bələdlik, fərdi mübarizə ruhu, nəslin keçib-gəldiyi represiyalar yolu onu azadlığa, istiqlala səsləmişdi. O, Azərbaycanın müstəqil dövlətçiliyi naminə ayağa qalxmışdı! Türkçülüyün, Azərbaycançılığın düşməni olan rus imperiyasına qarşı ayağa qalxmışdı! Azov, Xəzər, Qara dəniz, Cənubdan Türkiyə və İranla əhatə olunmuş yüzlərlə xalqın - qafqazlının qənimi olan ikibaşlı qartal imperiyasına qarşı ayağa qalxmışdı!