KitabYurdu » Kitab » Ədəbiyyat » Əhmədova Günel Yusif Səmədoğlu "Qətl günü" əsərində tarixi, mədəni yaddaş qatları


Şeçilmişlər Əhmədova Günel Yusif Səmədoğlu "Qətl günü" əsərində tarixi, mədəni yaddaş qatları

Əhmədova Günel Yusif Səmədoğlu "Qətl günü" əsərində tarixi, mədəni yaddaş qatları PDF
ADI:
Yusif Səmədoğlunun "Qətl günü" əsərində tarixi, mədəni yaddaş qatları
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
1.07 Mb
Bu tədqiqat işində Yusif Səmədoğlunun “Qətl günü” əsərində yaddaş qatları araşdırılmışdır. Müqayisəli-tarixi metoddan istifadə edilmişdir. Burada mədəni, tarixi yaddaş qatlarının əsərdəki əksi öyrənilmişdir. Həm də obrazların ədəbi mətn yaddaşı tədqiq edilmişdir. Burada mənəvi yaddaşsızlığın əsərdə necə ələ alındığı, hansı bədii boyalarla təsvir olunduğu diqqət mərkəzinə çəkilmişdir.
Mövzunun aktuallığı. Müasir dövrdə yaddaşın ədəbiyyatda əksi olduqca aktual məsələlərdəndir. Əsərdə müxtəlif yaddaş qatlarına müraciət olunmuşdur. Yaddaş insan həyatının hər anında onu izləyir. Yazıçıların da diqqət mərkəzində milli, mənəvi, tarixi yaddaş olmalıdır. Çünki xalqın yaddaşı onu heç zaman tərk etməməlidir. Keçmişə müraciət bütün zamanlarda öz aktuallığını qoruyub saxlayır. Yaddaşda xalqın milli, mənəvi, iqtisadi həyatı, taleyi öz əksini tapır. Adət-ənənələr, milli-mənəvi dəyərlər bədii düşüncədə müasirlik işığında bədii tədqiq obyekti olur. Sovet hakimiyyəti dövründə tarixə, milli-mənəvi yaddaşa məhdud mövqedən yanaşılmışdır. Amma “Qətl günü” əsərinin ərsəyə gəldiyi dövrdə artıq Sovet hakimiyyəti zəifləmişdi. Buna görə də əsərdə milli-mənəvi dəyərlər, tarixi yaddaşda olan ağrılı hadisələr öz əksini tapmışdır. Burada tarixi hadisələr müasir nöqteyi-nəzərdən qiymətləndirilmiş, müxtəlif tarixi dövrlər bir-biri ilə assosiativ əlaqədə göstərilmişdir. Bədii ədəbiyyatda xalq yaddaşına yenidən diqqətin artmağa başladığı dövrdə yazılan əsər insanlara milli-mənəvi dəyərləri, soykökü unutmamağı təlqin edir. Bu indiki dövr üçün də vacib məsələlərdəndir. Vətəndaşlıq qayəsi, azadlıq kimi məsələlər insanı düşündürür. Əsər milli özünüdərkin yenidən canlanmağa başladığı dövrdə qələmə alındığı üçün burada tarixi yaddaşa, soykökə qayıdış meyilləri açıq-aydın nəzərə çarpır. Burada insanın öz kökünü, əcdadını unutmamasının vacibliyi nəzərə alınmalıdır. Tarixi gerçəkliklərin, məlum həqiqətlərin yaddaşa ötürülməsi onların qələmə alınması qədər vacib və aktual məsələlərdəndir. Əsərdə qoyulan milli tarixi, bəşəri problemlərin həlli və məsələlərə müəllif münasibətinin öyrənilməsi bu gün mühüm ictimai-tarixi əhəmiyyət kəsb edir. Mənəvi yaddaşsızlıq aktuallığı ilə seçilir. Burada türklərin əcdad hesab etdiyi qurd tükü tökülmüş canavarla əvəz olunmuşdur ki, bu da mənəvi yaddaşsızlığa işarədir. Kökdən ayrılma, özünə və kökünə yadlaşma problemi öz əksini tapmışdır. “Qətl günü” əvvəl məhəlli, milli, sonra isə regional və bəşəri miqyasa doğru genişlənən, tarixə, insana, yaddaşa, əmələ, günaha yeni münasibət təyin edən bir əsərdir. Bu əsərdə yaddaş insanı rahat buraxmır, ömrünün ayrı-ayrı vaxtlarında insanın yaxasından asılır, indini də, gələcəyi də təyin edir. Burada Kirlikir sanki insanların yaddaşını bərpa edir, unutduqları dəhşətləri, bəd əməlləri onların yuxusuna girərək xatırladır. Kirlikir insanı mənəvi yaddaşsızlıqdan xilas etməyə çalışan, insanlara hadisələri, törətdiklərini xatırladan bir obrazdır. Kirlikirin bir gözünü yumub qarnını qaşıması pis hadisələrə göz yumulmasına ironiyadır. Kirlikir xəstənin yuxusuna girib ona həqiqətləri, Səməndərovun insanları zəhərləyə-zəhərləyə pul qazandığını deyir. Xəstə isə bunu eşidənə qədər Səməndərovu fağır və hörmətli adamlardan hesab edirmiş. Yəni Kirlikir insanların yuxusuna girərək onları bu həqiqətlərdən agah etmək istəyir. Burada “Qətl günü” əsərinin digər ədəbi mətnlərdən qidalanması məsələsinə diqqət yetirilmişdir. Obrazların ədəbi mətn yaddaşı araşdırılmışdır. Tarixi hadisələrdən, mifoloji qaynaqlardan istifadə edilmiş əsər bu istiqamətlərdə öyrənilmişdir.