KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » L.N.Tolstoy - "İvan İliçin Ölümü" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər L.N.Tolstoy - "İvan İliçin Ölümü" əsəri ilə tanışlıq və məzmunu

ADI:
İvan İliçin Ölümü
REYTİNQ:
  • +8
MÜƏLLİF:
DİL:
FORMAT:
İvan İliçin Ölümü” əsəri dahi rus yazıçısı Lev Tolstoyun yaradıcılığının ən parlaq nümunələrindən hesab olunur. İnsanlar daima ətrafinda olan şəxslər tərəfindən dəyərli və faydalı görünməyi arzulayır. Sevməyi, sevilməyi və ən əsas olan ailə səadəti və rahatlıq istəyir. Əsərimizin baş obrazı İvan İliç, bir az əvvəl sadaladığımız dəyərlərin arzusunda olan bir obrazdır. Əsəri mütaliə edərkən real həyatla olan təması itirməsək də özümüzü bir ölünün yerinə qoymağı bacarırıq.
Əsər İvan İliçin ölümü, son günlərdə çəkdiyi əzablı ağrılar və sonda ölümə təslim olmasından daha çox mənasız bir həyatın nəticələrindən bəhs edərək mənffətin bitdiyi yerdə mənəvi qəddarlıq və vəhşətin başlanğıcını bəs etməsini özündə əks etdirir.
İvan İliçin ölümünün ailəsi və iş yoldaşlarında yaratdığı təəssürat ilə başlayır. İvan İliçin evlilik həyatında atdığı səhv addımlar və həyatında yalnış insanların olması, yaşamağını mənasızlaşdıran başlıca ünsürlər olaraq ilk səhifələrdən sezilir. İvan İliçin həyat yoldaşı Praskovya Fiodorovna, İvan İliçin ölümünə görə dövlətdən alacağı pullarla nə edəcəyini düşündüyü bir zamanda, mərhumun iş yoldaşlarını da İliçin yoxluğunun onlar üçün hansı nəticələrə yol açacağı sualı düşündürürdü.
İş həyatında kifayət qədər uğur qazanmış İvan İliç, pillə-pillə irəliləyərək məhkəmədə yüksək rütbəli hakim kürsüsünə əyləşməyi bacarmışdır. Onun xoşbəxtliyi, sadəcə olaraq sahib olduğu vəzifə və işdir. Vəzifəsinə görə imtiyazlı şəxslərlə dost olmaq və onlar arasında sayılıb seçilmək, yüksək hörmət sahibi olmaq, onun üçün vacib hesab olunur. Gənclik illərindən şəxsi həyatını iş həyatı ilə qarışdırmamağı qərara almışdır. Uğursuz bir münasibətdən qaçışın tək yolu iş həyatında uğurlu olmaqdır. Ancaq, kiçik bir qəza və ardınca da ölümə aparan xəstəliyin ortaya çıxması, mövcud olduğu mühiti daha da yaxşı görməsinə zəmin yaratmışdır. Ailəsinin onunla maraqlanmamağı və xəstəliyə görə İliçi günahkar bilənlər və hər xırda məsələdə onunla mübahisə edən həyat yoldaşı, ətrafında onun dünyasını dəyişəcəyini bildikləri halda yalandan düzələcəyini demələri obrazı xəstəlikdən daha çox ölümə aparan səbəblərdir.
Ölümü heç cür qəbul edə bilməməsi ona əzab verirdi. Yanında düşündüklərini demək üçün bir nəfərin də olmaması onu kədərləndirən digər bir səbəbdir. Çünki, onu başa düşməyəcəklərini bilirdi. Bütün həyatının, ailəsinin, kariyerasının sadəcə bir illuziyadan ibarət olduğunu anlayan İliç, mənəvi əzaba düçar olur. Bütün bunlar, ətrafında neçə-neçə insanlar olmasına baxmayaraq özünü yalnız hiss etməsinə gətirib çıxarmışdı.
Düşündüyü yeganə xatirələr, uşaqlığı ilə bağlı olan xatirələr; dayəsi, qardaşları və oyuncaqlarıdır. Zənginliklə dolu hesab etdiyi həyatı, getdikcə artan sürətlə qorxulu bir sona doğru gedirdi.
İliçin düşdüyü bu bataqlıqda isə tuta biləcəyi bir ağac budağı varsa, o da baxıcısı Jerasimdir. Ətrafında olan sağlam hər kəsə nifrət bəsləyən İliç, təkcə Jerasımı güclü görərək təsəlli tapırdı. Bunun yeganə səbəbi Jerasimin onun qayğısına qalmağı, bunu edərkən heç bir narazılıq hissi keçirmədən və ürəkdən etməsi idi. Bundan başqa Jerasim ölüm məsələsində də ona yalan danışmırdı. Hər insanın ölümə məhkum olduğunu və etdklərinin də ölüm ayağında olan bir insana kömək etmək üçün olduğunu bildirir. Özünün öləcəyi zaman da başqa birinin onun qayğısına bu cür qalmasını ümid edirdi. Ömrünün son günlərində uşaq kimi qeydinə qalınmağını və ona yazığı gəlməsini istəyən İliç üçün Jerasim bir sığınacaq idi.
“Nə üçün yaşamışamsa hamısı məndən həyat ilə ölüm həqiqətini gizlətməyə çalışan yalanlardır.”

L.N.Tolstoy - İvan İliçin Ölümü əsərinin Türk dilində EPUB formatında elekton versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1677-lev-tolstoy-ivan-ilyicin-olumu.html