» » » Abdulla Şaiq - Seçilmiş əsərləri. 1-ci cild


Şeçilmişlər Abdulla Şaiq - Seçilmiş əsərləri. 1-ci cild

Abdulla Şaiq - Seçilmiş əsərləri. 1-ci cild PDF
ADI:
Seçilmiş əsərləri.1-ci cild
REYTİNQ:
  • +27
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2.05 MB
XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri, ədəbi-publisist yazıları, müntəxəbat və dərslikləri bir yazıçı və pedaqoq kimi, romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərəkatın görkəmli xadimi kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin büllurlaşmasına hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin, bu nəsrin bugünkü ifadə mükəmməlliyinə ən yaxın olan bədii ifadə və üslub nümunələrindən biridir. Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş, bu əsərlərə ümumxalq məhəbbəti qazandırmışdır. Ədibin “Seçilmiş əsərləri”nin üçcildliyinin I cildinə lirik hekayəçiliyimizin və iri formalı milli nəsrin klassik örnəkləri sayılan hekayələri, povesti və romanları daxil edilmişdir.

Kitabda daxil edilmiş HEKAYƏLƏR: Məktub yetişmədi, Köç, Daşqın, Göbələk, Pirin kəraməti, Ağlaşma, Dəyərli bir xatirə, İblisin hüzurunda, Anabacı, Vəzifə, Özü bilsin, mənə nə!, Solmaz və sönməz, Hitlerin yuxusu, Baş üstə, Masama
POVEST: Xasay
ROMANLAR: Əsrimizin qəhrəmanları, Dursun, Araz, İki müztərib yaxud əzab və vicdan