KitabYurdu » Kitab » Dərslik » Atom və nüvə fizikası


Şeçilmişlər Atom və nüvə fizikası

Atom və nüvə fizikası PDF
ADI:
Atom və nüvə fizikası
REYTİNQ:
  • +56
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
7.07 MB
Dərs vəsaiti ümumi fizika kursunun “Atom və nüvə fizikası” bölməsinə aid məsələ və müvafiq testlərin həllinə həsr olunmuşdur. Təklif olunan bütün məsələ və testlər Bakalavr pilləsi üçün mövcud “Fizika ” proqramına uyğun olaraq paraqraflara ayrılmış və hər bir paraqrafda əvvəlcə qısa nəzəri məlumat və mövzunu tam əhatə edən suallar verilmiş, sonra nümunəvi məsələlərin həlli geniş izahatla aydınlaşdırılmışdır. Paraqrafın sonunda müstəqil həll olunacaq məsələlər və testlər verilmişdir. Kitabın sonunda isə tələbələrin öz biliklərini müstəqil dəyərləndirməsi üçün sınaq testləri verilmişdir.
Vəsait ali məktəb tələbələri, müəllimlər, Fizika ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.
Ümumi fizika kursunun öyrənilməsində nəzəri materialların verilməsi, ona uyğun məsələ həll etmək bacarığının inkişaf etdirmək və tələblərin müstəqil təcrübələr aparmaq, alman nəticələri analiz etmək vərdişlərini aşılamaq nəzərdə tutulur. Ümumiyyətlə ixtiyari səviyyədə fizikanın mükəmməl öyrədilməsi prosesinin ayrılmaz tərkib hissələrindən biri də məsələ həllidir. Buna görə də Fizika kursunun tədrisində məsələ həllinə mühüm əhəmiyyət verilir və tədris proqramında ona xeyli saat ayrılır.
Məsələ həlli tələbələrə əsas fiziki qanunları və düsturları yadda saxlamağa və onları dərindən dərk etməyə imkan verir, onların xarakterik xüsusiyyətləri və onların tətbiq olunma sahələri haqqında müəyyən təsəvvürlər yaradır. Praktiki və idrak əhəmiyyəti olan konkret məsələlərin həlli üçün maddi aləmin ümumi qanunlarından istifadə etmək vərdişini inkişaf etdirilməsində mühüm rol oynayır. Məsələ həlli etmək bacarığı proqram materialının öyrənilmə dərinliyini qiymətləndirməyin ən yaxşı meyarlarindan biridir.
Ümumi fizika kursunun yekunu olan «Atom və nüvə fizikası» mahiyyətcə müasir fizika olub bütün təbiət elmlərinin əsasını təşkil edir. Təbiətdə baş verən proses və hadisələrin mahiyyətinin aydmlaşdırılmasma, onları makroskopik baxımdan tədqiq etməyə imkan yaradır.
Son zamanlar qəbul imtahanları ilə yanaşı olaraq Ali məktəblərdə semestr imtahanları da test üsulu ilə keçirilir. Tələbələrin bu fənni yaxşı mənimsəməsi üçün proqramı tam əhatə edən və müvafiq suallar və testlərlə təchiz olunmuş uyğun məsələ kitablarına ciddi ehtiyac duyulur. Tələbələrə təklif olunan bu vəsait uyğun çatışmamazlıqları aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur.
Vəsait 20 paraqraf və məsələ həlli zamanı istifadə olunan cədvəllərdən ibarətdir. Hər bölmənin əvvəlində mövzuya aid zəruri olan qısa nəzəri məlumat verilmiş, uyğun suallar tərtib olunmuş, məsələ həllinə aid tipik nümunələr göstərilmiş, tələbələrin müstəqil həll etmələri üçün məsələlər təklif olunmuşdur. Hər bölmənin sonunda mövzuya aid kifayət qədər testlər verilmişdir. Testlərin ümumi sayı mindən artıqdır. Vəsaitin sonunda tələbələrin bilik mənimsəmə faizlərini müstəqil qiymətləndirmək üçün imtahana uyğun 5 variantda sınaq testləri verilmişdir.
Dərs vəsaiti universitetlərdə tədris olunan ümumi fizika kursunun «Atom və nüvə fizikası» bölməsinin proqramına uyğun tərtib olunmuşdur.
Dərs vəsaitinin ərsəyə gəlməsində göstərdikləri köməyə görə ADPU-nun Eltektri və optika kafedrasının bütün əməkdaşlarına, əlyazmasını oxuyub ona faydalı təkliflər verən ADPU-nun Nəzəri fizika kafedrasının müdiri prof. İ.H.Cəfərova, BDU -nun Nəzəri fizika kafedrasının professoru S.Q.Abdullayevə və dosent H.Ə.Həsənova öz səmimi təşəkkürümüzü bildiririk.