» » Azad Qaradərəli Burad kişi var?


Şeçilmişlər Azad Qaradərəli Burad kişi var?

Azad Qaradərəli Burad kişi var? PDF
ADI:
Azad Qaradərəli
REYTİNQ:
  • +5
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.08 Mb
Azad Qaradərəlinin bu kitabında son bir neşə ildə yazdığı hekayələr toplanıb. Bu hekayələrin qəhrəmanları içdən sınmış, yaxud sındırılmış adamlardır. Kimi yurd itirib, kimi ailəsini, kimi də mənliyini və insanlığını. Burada şəhər və kənd səfillərinə (“bomj”lara), küçə süpürməyə məcbur edilmiş ali təhsilli insanlara, qaçqınlara, özünü azdırmağa aparanlara, yad yerdə sevgi gəzənlərə, fəlsəfəsi asvalta sərili qalanlara, rayon camaatı rahat çıxa bilsin deyə sinəsini düşmən gülləsinə sipər edənlərə... rast gələcəksiniz. Hekayələr zaman, məkan və insani baxımdan zamansız, laməkan və anti-insan kimi görünə bilər. Amma bu, ilk baxışda belədir. Hər anti-bəşər süjetdə bir bəşəri məqam olmalı. Kitabı diqqətlə oxuyan oxucu daha maraqlı nüansları özü tapacaqdır. Əslində müəllif oxucunu kitaba şərik edib. Düşünmək, gizlədilmiş məqamları tapmaq. Arif oxucu sətirlər arasında yazılmamış sətirləri də oxuyandır.
Qələmim təzə-təzə bərkiyirdi. Yəni, hekayələrim və məqalələrim respublika mətbuatında artıq rahat çap olunurdu. Amma məni yandıran o idi ki, rayonumuzda , çıxan yerli qəzet mənim yazılarımı çap etməkdən imtina edirdi. Bu da məni əməlli-başlı püsdən-təvərədən çıxardırdı. Belə bir vaxtda şair dostlarım Eldar Baxışla Əhd Muxtar bizə gəldilər. Belə qonaqlar mənim üçün əsl bayram idi. Bu ucqar rayonun ucqar kəndində dərdləşməyə, yazını oxuyub fikir mübadiləsi etməyə bir kimsə yox idi. Bu iki şair dostla yaxşıca yeyib-içdik, həm də zəhlələrini tökdüm. Gah hekayə oxudum, gah nə bilim suallar verdim və həkaza. Səhəri isə rayon mərkəzinə getdik – tədbir varmış. Tədbirdə mən də oldum, nəydi, indi unutmuşam. Unutmadığım isə rayondakı yerli qəzetin redaktor müavini Şükür müəllimlə görüşməyimiz oldu. Eldar özünəməxsus sərt bir tərzdə “Ay Şükür müəllim, bizim dostumuz bu rayonun yeganə yazıçısıdır, nə təhər olur, Bakı onu qəbul edir, amma sizin bu qəzet görməməzliyə vurur?” deyib cavab gözlədi. Şükür müəllim zəndlə mənə baxır və nəsə fikirləşirdi. (Hə, bu adam rayon icrayyə komitəsinin sədrinin – ispalkom Hürü xanımın əri idi və rayon qəzetində hamını, hətta arvadının başçılıq etdiyi sahələri belə tənqid etməkdən çəkinmirdi. Onu da dedyirdilər ki, ixtisasca fransız dili müəllimi olsa da, rus, ingilis dillərini də bilirmiş. Hələ onu da bir az sonra öyrənəcəm ki, atası müsavat hökümətinə rəğbət bəslədiyinə görə repressiya olunub və sair.) Kişi saatına baxıb “Vaxtdır, gedək Mehdiqulunun kababxanasına, görək başımıza nə iş gəlir” deyib ayağa qalxdı. Kababxanada mən o kişini əməllicə kəşf elədim – bu rayonda mənim adamsızlıqdan boğulmağımın qarşısını alsa-alsa bu Şükür müəllim alacaqdı. Yemək əsnasında o mənə təkcə bunu dedi: “ Cavan oğlan, sən yazılarını mənim yanıma gətirəcəksən, yaxud poçtla göndərəcəksən. Hansı mövzuda olur-olsun.” Rayon qəzetinin qarşımdakı beton sədləri o gündən uçub-dağıldı və yazılarım dalbadal çap olunmağa başladı.