KitabYurdu » Kitab » Ədəbiyyat » 44 GÜN TOVUZ ŞƏHİDLƏRİ


Şeçilmişlər 44 GÜN TOVUZ ŞƏHİDLƏRİ

44 GÜN TOVUZ ŞƏHİDLƏRİ PDF
ADI:
44 GÜN TOVUZ ŞƏHİDLƏRİ
REYTİNQ:
  • +14
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
11.01.2021
ÖLÇÜSÜ:
518 kb

Abbasov Zülfüqar Bayram oğlu
 
Zülfüqar Bayram oğlu Abbasov 24 dekabr 1995-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Sonra ailəsi ilə birgə Tovuz rayonun Qovlar şəhərində yaşayıb. Qovlar şəhər internat məktəbini bitirib. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Zülfüqar Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zülfüqar Abbasov noyabrın 10-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Qovlar şəhərində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Abbasov Zülfüqar Bayram oğlu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.