» » » GEOMORFOLOGİYA VƏ DÖRDÜNCÜ DÖVR ÇÖKÜNTÜLƏRİNİN GEOLOGİYASI


Şeçilmişlər GEOMORFOLOGİYA VƏ DÖRDÜNCÜ DÖVR ÇÖKÜNTÜLƏRİNİN GEOLOGİYASI

GEOMORFOLOGİYA VƏ DÖRDÜNCÜ DÖVR ÇÖKÜNTÜLƏRİNİN GEOLOGİYASI PDF
ADI:
GEOMORFOLOGİYA VƏ DÖRDÜNCÜ DÖVR ÇÖKÜNTÜLƏRİNİN GEOLOGİYASI
REYTİNQ:
  • +8
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
5 MB
Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası dərsliyi BDU Geologiya fakultəsinin Metodik Şurasında təsdiq edilmiş program əsasında yazılmışdır.Kitabın geomorfologiya hissəsində Yerin əsas relyef formalarının əmələgəlməsi və inkişafında geoloji-geomorfoloji proseslərin rolundan bəhs edilir. Burada relyefin formalaşmasından endogen və ekzogen proseslərin əlaqəsi ətraflı verilmişdir, Yerin planetar formaları, dağların, səhra və düzənliklərin, karst sahələrin, dəniz və okeanların morfologiyası geniş şərh edilmişdir.
Kitabda Dünya okeanı və dənizlərinin dibinin relyefi və orada gedən geomorfoloji proseslər öz əksini tapmış, dördüncü dövr buzlaşması, buzlaq çöküntüləri, onlarn əsas xüsusiyyətləri verilmişdir.
Dördüncü dövr (antropogen) sisteminin ümumi səciyyəsi, dördüncü dövr çöküntüləri, onların genetik təsnifatı və əsas xüsusiyyətləri ətraflı işıqlandırılmışdır. Azərbaycanın dördüncü dövr çöküntüləri və onlarla əlaqədar olan faydalı qazıntıları ayrı-ayrı rayonlar üzrə verilmişdir.
Kitabın yazılmasında yeni geomorfoloji tədqiqatların nəticələrinin, eləcə də Azərbaycan alimlərinin apardığı tədqiqatlardan geniş istifadə edilmişdir.
Dərslikdən geologiya və coğrafiya fakültələrinin müəllim və tələbələri, müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları, geoloji-axtarış idarəsinin işçiləri, orta məktəbin coğrafiya müəlimləri istifadə edə bilərlər.