» » » Əlibala Hacızadə Əsərləri. II cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. II cild

Əlibala Hacızadə Əsərləri. II cild PDF
ADI:
Əsərləri. II cild
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
2.28 MB
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin II cildinə müəllifin İnam, Həsrət, Meşədə, Mərdlik povestləti və Təyyarə kölgəsi romanı daxil edilmişdir.
Yaz yağışı yağdı da, kəsdi də. Seyrək bulud topaları, dağılaraq cənuba sarı axıb getdi. Gün çıxdı, göyün üzü açıldı. Hava elə saflaşdı, elə yüngülləşdi ki... Burula-burula şəhərə doğru uzanan asfalt yol indi qara ayna kimi parıldayırdı; üstündə yerisəydin şəklin düşərdi. O yanda, gündoğanda, üfüqlərin ətəyinə toxunan mavi dənizdə isə uzun bir zolaq əmələ gəlmişdi; elə bil qızıl pullu nəhəng bir balıq kürəyini sudan çıxardıb özünü günə verir, şirin-şirin xumarlanırdı. Qumlu sahildən azca aralı, suyun içində, dirəklər üzərində düzəldilmiş taxta mərələrə sığınıb yağışın keçməsini gözləyən həvəskar balıq ovçuları qalxıb gərnəşir, gəzişib qırışıqlarını açır, ancaq nəzərlərini sudan, tilovdan çəkilindilər.
Motor uğultusu eşidildi. Dağın döşündəki daş karxanasından nərildəyə-ııərildəyə bir maşııı qalxırdı; yükü ağır, yolu yoxuş və sürüşkən olduğundan güclə irəliləyirdi. Kənardan baxana elə gəlirdi ki, radiatorun üzərində ayağını yerə bərk dirəyərək, boynunu irəli uzatmış vəziyyətdə təsvir olunmuş iribuynuzlu öküz də maşını bu sürüşkən yoxuşdan çıxarmaq üçün belə zor eləyir.