KitabYurdu » Kitab » Roman » Tural Cəfərli-Sokratla çayxana söhbətlərim


Şeçilmişlər Tural Cəfərli-Sokratla çayxana söhbətlərim

Tural Cəfərli-Sokratla çayxana söhbətlərim PDF
ADI:
Sokratla çayxana söhbətlərim
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2024
ÖLÇÜSÜ:
1 mb

XXI əsrin həyat gerçəklikləri bizi yaşamaq uğrunda mübarizədə daha hiyləgər, daha siyasi, daha yalançı obrazlara salır. Və biz nə qədər hiyləgər, siyasi və yalançı obrazlara girsək də, həyat qarşısındakı çarəsizliyimizi heç cür gizlədə bilmirik. Yazılan kitablar, təcrübədən keçən yaşantılar, probelmlərdən qurtulmaq üçün istifadə olunan müxtəlif həll variantları özünü doğrultmur. Bütün bunlar müasir insanı düşünməkdən çox, düşünməməyə, dərk etməkdən çox anlamamağa, xatırlamaqdan çox, unutmağa yönəldir. Çağın insanı axtarışlardan qaçır, yeni kəşflərdən bezgin halda zamanı aldatmağa çalışır. Zamanı isə aldatmaq olmur. Dövrün insanı öz çarəsizliyinin əsirinə çevrilib. Fəlsəfə ilə insan çarəsizliyinin həll yollarını axtarmaq cəhdlərim artıq uzun illərdi məni təqib edir. Fəlsəfə məzunu olduğum ildən etibarən təxminən on iki il ərzində elə bir gün olmayıb ki, özümə sual verməyim. Dinlədiyim musiqidə, oxuduğum kitablarda, televiziyada, radioda, sosial şəbəkələrdə özümə verdiyim sualları tapa bilməsəm də, bu məni narahat etmir. İndi isə özümə verdiyim növbəti sualı əsərə çevirmək qərarına gəldim. “Qədim Yunan filosofu Sokrat bu gün yaşasaydı, necə yaşayardı və müasir insan çarəsizliyindən necə qurtulardı?” sualının fonunda yazılan “Sokratla çayxana söhbətlərim” məhz bu şəkildə ortaya çıxdı və bir düşüncə məhsulundan yazıya köçürüldü. Müəyyən axtarışlardan və məlumatlardan sonra, qədim yunan filsofunun, fikir və düşüncə adamının günümüzün həyat gerçəkliklərinə uyğunlaşacağına və qarşılaşdığı əngəllərin öhdəsindən gələcəyinə inandım. Bu gedişatla Sokratı günümüzə gətirib çıxardım, onu öz aramıza dəvət etdim, dünyagörüşünü, düşüncələrini, suallarını, baxışlarını bölüşə biləcəyi bir yer də seçdim. Bu yer çoxumuza yad olmayan, hər mövzuda söhbətlərin aktual olduğu, siyasi, iqtisadi, hətta fəlsəfi səpgidə danışıqlar üçün əlverişli imkanlara malik adi məhəllə çayxanasıdır.