KitabYurdu » Kitab » Roman » Şahin Xəlil - Adsız yol


Şeçilmişlər Şahin Xəlil - Adsız yol

Şahin Xəlil - Adsız yol PDF
ADI:
Adsız yol
REYTİNQ:
  • +25
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010-2011
ÖLÇÜSÜ:
1.12 MB
Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma...
Ümidvaram ki, əlinizdə tutduğunuz bu kitabı oxumaq vaxt itkisi olmayacaq. Xüsusi minnətdarlıq Bakının küçələrinə, yağışlarına, İçərişəhərin tinlərinə, dalanlarına, ilhamlandığım bütün filmlərə, mahnılara, nifrət etdiklərim və sevdiklərimə, oxuduğum kitablara...

Qaranlığın tam ortasıyla gəlirdi. Rənglərin ən zəhmlisini addımlarıyla yarırdı. Yardıqca arxada buraxdığı boz kölgələr siluetini canlandırıb, yoxa çıxırdılar. Sahibsiz küçə itlərinin hürüşü və ilbislərin səsi pərdəyə çəkmişdi bu qaranlığı. Qəddar auranin tükürpədici xışıltısındakı qorxular idi gələn. Uşaqları qorxudan "xoxan"obrazı idi bəlkə də. Bəlkə də borc yiyələrinin vicdan xəyalındakı hədələri... Ölüm qoxusu,günəşdən əsər-əlamət qalmayan şəhərin fobiyası idi. Qaranlığın boğduğu fəryadları var idi bu çiskinli havada. Bir az da yağış var idi. Hərdən qonurdu pəncərələrin tozlarına. Yazıq damcılar...Çirklənirdilər bu tozlu pəncərələrin çirkabında.