» » » Əliyeva Nailə - İnnovasiya Menecmenti (Dərslik)


Şeçilmişlər Əliyeva Nailə - İnnovasiya Menecmenti (Dərslik)

Əliyeva Nailə - İnnovasiya Menecmenti (Dərslik) DOC
ADI:
İnnovasiya Menecmenti
REYTİNQ:
  • +1
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
1.48 kb
Dünya inkişafının müasir mərhələsinin səciyyəvi xüsusiyyəti insan sivilizasiyasının sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçid sayılır. Bu isə, hər şeydən əvvəl elm və texnikanın cəmiyyət həyatının bütün tərəflərinə daha da güclənməkdə olan təsirinin qlobal xarakteri ilə, irimiqyaslı sosialiqtisadi və tarixi dəyişikliklərə aparan elmi və texnoloji irəliləyişlərlə əlaqədardır. Buna uyğun olaraq, iqtisadi artımın əsas amillər və mənbələr dəsti də dəyişir. Bunlar içərisində iqtisadi sistemin inkişafı səviyyəsinə təsir göstərmək qabiliyyətinə malik təbii resurslar və kapitalla yanaşı, inteqral resursa çevrilə bilən elmi biliklər daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. 
          Elmi-texniki tərəqqinin müasir inkişaf tempi insan fəaliyyətinin hər bir sahəsində innovasiya xarakterli işləmələrin geniş tətbiq olunmasını tələb edir. Bu isə innovasiya xarakterli işləmələri ərsəyə gətirən alimlərin və mütəxəssislərin fəaliyyət göstərdiyi elmi-tədqiqat və layihə-konstruktor təşkilatları, ali təhsil müəssisələri və hətta ayrı-ayrı ixtiraçılar ilə bu işləmələrin potensial istifadəçiləri olan sənaye müəssisələri, şirkətlər, firmalar və təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasını vacib bir məsələ kimi ortaya çıxarır. Belə əlaqələrin olmaması innovasiyalı işləmələrin istifadəsiz qalmasına, belə işləmələrə ehtiyacı olan müəssisələrin isə daim mütərəqqi innovasiyaların axtarışında olmasına gətirib çıxarır. Məhz bu baxımdan innovasiyaların meydana çıxdığı anlardan onların bilavasitə istehsalata tətbiqinə qədər proseslərin elmi cəhətdən əsaslandırılmış şəkildə idarə olunması aktual bir məsələ kimi ortaya çıxır. 
    Bu baxımdan elmi-nəzəri əsaslara qlobal rəqabətin nəzəri əsaslarına,   qiymətləndirilməsinə və sair həsr olunmuş "İnnovasiya menecmeti" mövzusunda yazdığı dərs vəsaiti aktual məsələyə həsr olunmuşdur.
        Təqdim edilən “İnnovasiya menecmenti” kursununn tədrisində əsas məqsəd dinləyicilərə məhz bu proseslərin idarə olunması haqqında biliklər verməkdir. Tədris prosesində innovasiya fəaliyyəti ilə bağlı əsas anlayışlar, bu fəaliyyəti həyata keçirən təşkilatların formalaşdırılması qaydaları, dövlətin innovasiya fəaliyyətinə dəstəkdə rolu, onlara təşkilati dəstək formaları, innovasiya layihələri, innovasiya biznesinin təşkili, innovasiyaların kommersiyalaşdırılması, innovasiyalı texnologiyaların transferi, intellektual mülkiyyət, onun üzərində müəlliflik hüquqları, təsərrüfat hüquqi subyektlərin yaradılma qaydaları və digər məsələlər geniş şərh ediləcəkdir. 
        “Innovasiya menecmentin” fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, elm və texnikadan geniş istifadə edilməsinə, yeni texnologiyanın hərtərəfli tətbiqinə, yeni texnologiyanın özünün hərtərəfliliyinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə, yaradıcılıq axtarışları və yeniliklər, idarəetmədə yeni mütərəqqi formaların tətbiqi əsasında istehlakçıların tələbatının ödənilməsinə və beləliklə də iqtisadi artımın əldə edilməsinə yönəldilmişdir.
        Hazırlanan dərs vəsaiti 3 fəsildən və 15 yarımfəsildən ibarətdir. 
       "İnnovasiya menecmentinin məzmunu,anlayışı və əhəmiyyəti" adlı birinci fəsil elm və texnikadan geniş istifadə edilməsi, yeni texnologiyanın hərtərəfli tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi, yaradıcılıq axtarışları və yeniliklər, idarəetmədə yeni mütərəqqi formaların tətbiqi əsasında istehlakçıların tələbatının ödənilməsi və beləliklə də iqtisadi artımın əldə edilməsi haqqındadır.
       "Tətqiqatlar və inkişafın idarə edilməsi" adlı ikinci fəsildə marketinqin tədqiqatlarınınəsas məqsəd və istiqamətləri,dizaynın mahiyyəti və əməliyyatlar kontekstində innovasiyalar,ümumi keyfiyyət idarəetməsi,texnologiya portfeli haqqında geniş məlumat verilmişdir.
       "Firmaların dinamik kompetensiya nəzəriyyəsi" adlı üçüncü fəsildə isəstrateji alyansın əsas mahiyyəti və növləri ,innovativlik dərəcələri, texnoloji trayektoriyalar və müəssisələrin dinamik qabiliyyətləri elmi təcrübəvi faktlarla geniş şərh edilmişdir.
       Hazırlanan dərs vəsaitində verilmiş fəsillər və ayrı-ayrı yarımfəsillər məntiqi ardıcıllıqla verilmiş və biri-birini tamamlayırlar.
       Dərs vəsaitinin hazırlanmasında zəngin istinad mənbələrindən istifadə edilmişdir.
       Təqdim olunan dərs vəsaiti  ali təhsil müəssisələrində,"Menecment" və "Dövlət və bələdiyyə idarəetməsi" ixtisaslarının tədrisində istifadə oluna bilər.Həmçinin elmi-tədqiqat aparan elmi işçilər, doktorantlar, bizneslə, sahibkarlıqla məşğul olanlar üçün də elmi-metodik vəsait kimi istifadə oluna bilər.