KitabYurdu » Kitab » Ədəbiyyat » Salidə ŞƏRİFOVA - Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi


Şeçilmişlər Salidə ŞƏRİFOVA - Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi

Salidə ŞƏRİFOVA - Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi PDF
ADI:
Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi
REYTİNQ:
  • +14
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
432 kb
Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı haqqında f.e.d., professor Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” monoqrafiyası nəşr edilmişdir. Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının  qərarı ilə çapa tövsiyə olunmuşdur.Monoqrafiyada Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri tədqiq edilmişdir. Monoqrafiya ilk növbədə, elm adamları, ali və orta məktəb müəllimləri, ədəbiyyatşünaslar, kulturoloqlar üçün  maraq kəsb edir. Eyni zamanda monoqrafiyada Sabir Rüstəmxanlı yaradıcılığında müxtəlif ideyaların tədqiqinə, ideoloji və mənəvi problemlərin açıqlanmasına da yer verilmişdir. Bu baxımdan, monoqrafiya Sabir Rüstəmxanlı yaradıcılığı ilə maraqlanan kütləvi oxucuların marağını da cəlb edə bilər.

Xalq şairi Sabir Rüstəmxanlı yaradıcılığı XXI əsrə daxil olan, milli olduğu qədər bəşəri olan Azərbaycan ədəbiyyatının ötən əsrlər boyu əldə edilmiş nailiyyətləri zənginləşdirən yaradıcılıqdır. Sabir Rüstəmxanlının bədii yaradıcılığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. S. Rüstəmxanlı 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq Şairi” fəxri adına layiq görülmüşdür. Sabir Rüstəmxanlı yaradıcılığı zəngin və əhatəlidir. S. Rüstəmxanlı lirik-epik şeirlərin, poemaların, romanların, povestlərin, hekayələrin, pyeslərin, bədii, sənədli və cizgi filmlərin ssenarilərinin, elmi tədqiqatın, bədii və elmi publisistik məqalələrin, müxtəlif çıxış və müsahibələrin müəllifidir. Azərbaycan xalqının azadlıq mübarizəli tarixi yolu və müasirliyini oxucuya çatdıran, xalqın, millətin ağrı-acısını təsvir edən, milli ənənələrə qayıdış və s. aktual problemləri özündə əks etdirən həmin əsərlər ədibin yaradıcılığının janr baxımından müxtəlifliyini göstərir. S. Rüstəmxanlının “...müxtəlif yaradıcılıq formalarında özünüifadəsi, hər şeydən əvvəl, vətəndaş mövqeyindən güc alır.” [5, s. 15] Sabir Rüstəmxanlının yaradıcılığını mütaliə etdikcə, onun bir ziyalı kimi Azərbaycan ədəbiyyatının ənənələri və inkişaf tarixi ilə dərindən tanış olduğunu müşahidə edirik. Sabir Rüstəmxanlının Azərbaycan xalqının azadlıq mübarizəli tarixi yolu və müasirliyini oxucuya çatdıran “Orxanla görüş”, “Atəş böcəyi”, “Azərbaycan irticası”, “Cavad xan”, “Vətənsiz”, “Bütövlük”, “Didərginlər” və s. poemaları, xalqın, millətin ağrı-acısını təsvir edən “Acı xatirə”, “İnansa Təbriz deyil!”, “20 Yanvar xatirəsi”, “Xocalıdan sonra” və s. poetik nümunələri, “Yardımlıya dönərkən”, “Son”, “Neyləyim”, “Qorusun”, “Dözüm”, “Gözünü yumdunmu”, “Güvənmirəm”, “Yumruqlar çiçək açıb”, “Tapşır məni”, “Gizlət məni”, “Vida qabağı”, “Çəkdim sinəmə tüstütək” və digər poetik nümunələrində milli ənənələrə qayıdış, folklor şeir 12 formalarına müraciət, “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Sunami”, “Şair və Şər”, “Akademikin son əsəri” kimi roman nümunələri, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” kimi şeir kitablarının, “Astar” kitabında əksini tapmış hekayə nümunələri, epistolyar məktublardan ibarət “Milli taleyimiz və biz” (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım), “Ömür kitabı”, “Atamın ruhu”, “Xətai yurdu”, “Bu sənin xalqındır” və s. əsərlər ədibin yaradıcılığının janr baxımından zəngin olmasının göstəricisidir.