KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » MÜƏSSİSƏDƏ MƏSRƏFLƏRİN OPERATİV TƏHLİLİ


Şeçilmişlər MÜƏSSİSƏDƏ MƏSRƏFLƏRİN OPERATİV TƏHLİLİ

MÜƏSSİSƏDƏ MƏSRƏFLƏRİN OPERATİV TƏHLİLİ PDF
ADI:
Müəssisədə məsrəflərin operativ təhlili
REYTİNQ:
  • +10
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
234 KB
Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı elə bir mərhələyə çatmalıdır ki, o lıeç də əvvəllər olduğu kimi, ehtiyacların daha da artırılması hesabına deyil, ancaq istehsalın hərtərəfli intensivləşdirilməsi yolu ilə sürətlə inkişaf edə bilər və etməlidir. Bizim fikrimizcə bu yol ölkənin iqtisadi və sosial inkişafını sürətləndirmək üçün yeganə düzgün və iqtisadi cəhətdən səmərəli yoldur.
Bazar iqtisadiyyatı şəraitində məhsulun (işin, xidmətin) keyfiyyətinə xələl gətirmədən məhsul istehsalı və onun reallaşdırılmasına məsrəflərə ciddi qənaət rejiminin gözlənilməsi ölkə iqtisadiyyatının, o cümlədən ayrı-ayrı müəssisə və təşkilatların effektli idarə edilməsinin zəruri şərtlərindən biridir.
Resurslara qənaət edilməsi və məhsulun maya dəyərinin aşağı salınması üzrə müəyyən edilmiş tapşırıqların həyata keçirilməsində digər nəzarət formalarından fərqli olaraq operativ uçot nəzarətinin rolu böyükdür.
Operativ uçotun aparılmasının vacibliyi ondan ibarətdir ki, o bütün təsərrüfat proseslərində baş verən məlumatları növbə, iş günü ərzində əks edir. Operativ rəhbərlik müəssisənin ayrı-ayrı bölmələrinin işini əlaqələndirmək və istehsal prosesinin fasiləsizliyini nizama salmaq üçün gündəlik (növbəlik) plan tapşırıqlarının yerinə yetirilməsi gedişinə sistematik nəzarətin aparılmasını tələb edir. Belə bir nəzarətin həyata keçirilməsi və operativ rəhbərliyin yüksək səviyyəsi yalnız gündəlik təsərrüfat proseslərini əks etdirən operativ uçotun köməyi ilə mümkündür. Operativ uçotun səmərəliliyi onun məlumatlarının operativ iqtisadi təhlilin mənbəyi kimi istifadə etdikdə yüksəlir. Operativ təhlil olmadan yüksək keyfiyyətin planlaşdırmaya, uçota və nəzarətə nail olmaq olmaz.
Operativ təhlilin köməyi ilə istifadə olunan norma və normativlərin reallığı və optimallığı, istehsalın təşkilati-texniki səviyyəsinin müasirliyi təyin edilir.