KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » Maliyyə təhlili (dərslik)


Şeçilmişlər Maliyyə təhlili (dərslik)

Maliyyə təhlili (dərslik) PDF
ADI:
Maliyyə təhlili (dərslik)
REYTİNQ:
  • +19
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
2.33 Mb
Dərslikdə təsərrüfat subyektlərində maliyyə təhlilinin təşkili və apanimasınm metodiki və praktiki məsələləri nəzərdən keçirilmişdir. Kitabda maliyyə təhlilinin nəzəri məsələləri, iqtisadiyyatın idarə olunmasında onun rolu göstərilmiş, təşkilatın maliyyə vəziyyətinin, maliyyə nəticələrinin, kapitaldan istifadənin səmərəliliyinin və intensivliyinin təhlili metodikası, marjinal təhlil əsasında biznesdə idarəetmə qərarlannın əsaslandırılması qaydası, mühasibat uçotu və hesabatının beynəlxalq standartlannın tətbiqi şəraitində mənfəət və rentabelliyin təhlili metodikası və ölkənin uçot praktikasının ona uyğunlaşdıniması imkanlan konkret rəqəmlərlə şərh edilmişdir. Dərslikdə eyni zamanda qiymətli kağızlarla əməliyyatların, sahibkarlıq riskinin və inflyasiyanın maliyyə xarakterli qərarların qəbul edilməsinə təsirinin qiymətləndirilməsi qaydası verilmişdir. Dərslikdən iqtisadi ixtisaslar üzrə ali məktəblərdə təhsil alan tələbələr, maqistrlər,menecerlər, auditorlar, peşəkar mühasiblər və digər mütəxəssislər də istifadə edə bilərlər.
Yeni müstəqil dövlətlərdə bazar iqtisadiyyatının təşəkkülü bir sıra çətinliklər və ziddiyyətlərlə müşayət olunmuşdur. Belə ki, müəssisələrarası iqtisadi əlaqələrin formalaşması zamanı tərəfdaşların bir-birinə qarşı inamsızlığı səbəbindən bazar subyektlərinin maraqlarını təmin edən obyektiv informasiyalara tələbat artmış, eyni zamanda müəssisələrin fəaliyyət şərtləri də dəyişmişdir. Bu, ilk növbədə, idarəetmə sisteminin keyfiyyətcə kökündən dəyişilməsi ilə bağlıdır. Müəssisə fəaliyyətini davam etdirmək üçün istehsalın (iş və xidmətin) səmərəliliyini artırmalı və bu məqsədlə bütün resurslardan düzgün istifadə etməlidir. Müəssisənin maliyyəsinin, işgüzar fəallığının və iqtisadiyyatının təhlili nəzəriyyəsinə görə «sabit maliyyə vəziyyəti» anlayışı yalnız müəssisənin maliyyəsinin keyfiyyət səciyyəsi kimi deyil, eləcə də həmin vəziyyətin kəmiyyətcə hesablanması kimi başa düşülür. Bu başlıca nəticə müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılmış metodikasının ümumi prinsiplərini formalaşdırmağa imkan verir. Qeyd etmək lazımdır ki, bazar münasibətlərinin bərqərar olması, iri şirkət və holdinqlərin yaranması, onların fəaliyyət sferasının genişlənməsi, bütövlükdə biznesin beynəlmiləlləşməsi nəticəsində şirkət mülkiyyətçilərinin (səhmdarların) şirkətin idarəedici strukturlarından ayrılması baş verir. Öz fəaliyyətini yerinə yetirərkən şirkətlərin, bankların rəhbərləri görülmüş işlər haqqında vaxtaşırı maliyyə hesabatları tərtib etməlidirlər ki, həmin hesabatların düzgünlüyü mütəxəssislər - sərbəst fəaliyyət göstərən təhlilçilər, auditorlar və ya auditor firmalarının nümayəndələri tərəfindən yoxlanılır və müvafiq sənədlərlə rəsmiləşdirilir. Müasir dövdə təhlilçilərin, auditorların xidmətlərinə daima artan tələbat maliyyələşdirmə mənbələrinin potensial dairəsinin genişlənməsi ilə bağlıdır. Qiymətli kağızların alışı və satışı, ssudaların verilməsi, kommersiya kreditinin genişləndirilməsi və s. haqda qərarların qəbul edilməsi başlıca olaraq maliyyə informasiyalarına əsaslanır. Maliyyə-təsərrüfat fəaliyyətinin informasiya təminatı mürəkkəb quruluşa malikdir və müxtəlif amillərlə - idarəetmənin səviyyəsi, informasiyanın məqsədli təyinatı, istifadəçilərin tərkibi və s. ilə müəyyən edilir. Müəssisə səviyyəsində maliyyə fəaliyyətinin informasiya təminatının əsasını mühasibat məlumatları təşkil edir. Bazar iqtisadiyyatı şəraitində mühasibat xidmətinin funksiyalarına yalnız retrospektiv xarakter daşıyan təsərrüfat faktlarının qeyd olunması kimi mühasibat uçotunun aparılması deyil, eləcə də perspektiv istiqamətlərin müəyyən edilməsinə imkan verən maliyyə hesablamalarının həyata keçirilməsi daxildir. Bazar münasibətlərinin inkişafı ilə bağlı təsərrüfat fəaliyyətinin qeyri-müəyyənliyi də artır. Bu da gözlənilən son nəticələrin əldə edilməsinə inamsızlıq yaradır. Bazar iqtisadiyyatında bazar konyukturasmın əvvəlcədən müəyyən olunmaması səbəbindən yaranan risk ön plana keçir. Milli iqtisadiyyatın transformasiyası şəraitində mühasibat uçotunun təkmilləşdirilməsi analitik işlərin maliyyə təhlili kimi mühüm elementini yenidən aktuallaşdırmışdır. Təsərrüfat subyektlərinin maliyyə resurslarının təhlili və idarə olunması maliyyə təhlilinin əsasını təşkil edir. Rəqabətin güclənməsi, texnoloji dəyişikliklər, iqtisadi informasiyanın işlənməsinin kompyuterləşdirilməsi, vergi qanunvericiliyində edilən yeniliklər, tədricən formalaşan qiymətli kağızlar bazarı, dəyişən faiz dərəcələri və valyuta kursları ölkəmizdə bazar münasibətlərinin formalaşması xüsusiyyətlərini səciyyələndirir. Belə bir şəraitdə müəssisələrin menecerləri qarşısında müasir müəssisənin strategiya və taktikasının düzgün qurulması, onun gələcək inkişafı üçün maliyyə fəaliyyətinin optimal təşkili, maliyyə resurslarının idarə olunmasının səmərəliliyinin yüksəldilməsi, sabit maliyyə vəziyyətinin təmin olunması kimi mühüm məsələlər durur. Bu vacib məsələlərin həlli yalnız obyektiv maliyyə təhlili vasitəsi ilə mümkündür. Aparılmış maliyyə təhlilinin nəticələri əsasında material, əmək və maliyyə resurslarının bölüşdürülməsinin daha səmərəli istiqamətləri müəyyənləşdirilir. Məlum olduğu kimi, hər bir resurs məhduddur və onların istifadəsindən maksimum səmərə əldə etmək üçün yalnız onların həcminin artırılması deyil, eləcə də müxtəlif növ resurslar arasında optimal nisbətin yaradılması təmin edilməlidir. Bu zaman müəssisənin maliyyə resurslarına xüsusi diqqət verilməlidir, çünki onlar bilavasitə və minimal müddətdə bu və ya digər növ resursa transformasiya olunan yeganə resurs növüdür.