KitabYurdu » Kitab » Ədəbiyyat » Natiq Rəsulzadə - Qardaş


Şeçilmişlər Natiq Rəsulzadə - Qardaş

Natiq Rəsulzadə - Qardaş PDF
ADI:
Qardaş
REYTİNQ:
  • -5
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
552 KB
Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı  Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir.