KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » Mühasibat haqqında (1C 7.7 və 1C 8.2)


Şeçilmişlər Mühasibat haqqında (1C 7.7 və 1C 8.2)

Mühasibat haqqında (1C 7.7 və 1C 8.2) PDF
ADI:
Mühasibat haqqında (1C 7.7 və 1C 8.2)
REYTİNQ:
  • +71
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
7.19 Mb
Bütün iqtisadi sahələrdə uçotdan istifadə olunur. Uçot-müəssisənin müəyyən dövr ərzində gördüyü işləri qeyd edir. Uçotun bir neçə növü mövcuddur. Bunlardan biri də mühasibat uçotudur. Mühasibat uçotu- Müəssisənin və yatəşkilatın bütün təsərrüfat fəaliyyətini başdan-başa pul və ya natura şəklində xarakterizə edən ikili yazılı sistemdir. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələr ilə əlaqədar deyil, qeyri-kommersiya yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır. Buna görə müəssisələr deyilərkən bütün təşkilatları əhatə edir. Mühasibat uçotu- ikili yazılı sistemdir dedikdə, ağlımıza balans gəlir. Balans fransız sözü olub, “bərabərlik” deməkdir. Balans iki hesabdan ibarətdir: aktivvə passiv. Hər bir hesab da özlüyündə debet və kredit hissəyə bölünür. Aktiv sözünü izah etdik də belə nəticəyə gəlinir ki, müəssisə və ya təşkilat yaiqtisadi səmərə əldə edib, ya da edəcək. Yəni aktiv hesab təsərrüfat vəsaitinin tərkibini və hərəkətini özündə əks etdirir. Passiv sözünü izah etdikdə isə bu hesab 2 hissəyə bölünməklə təhlil edilir: xüsusi kapital və öhdəlik şəklində. Belə başa düşülür ki, bu hesab müəssisədə ya keçmiş hadisələrin nəticəsi kimi iqtisadi səmərəni azaldıb, ya da gələcəkdə azaldacaq. Bir növ burada təsərrüfat vəsaitinin əmələgəlmə mənbəyi təhlil edilir. Bununla fikrimizi ümumiləşdirsək, “balans” maliyyə tarazlığıdır- yəni birtərəfində müəssisədə olanlar (aktivin debeti) və müəssisənin xərcləri (aktivinkrediti), digər tərəfdə isə qarşı tərəfə verdiklərimiz (passivin debeti) və qarşıtərəfə olan borcumuz (passivin krediti) qeyd edilərək müəssisənin müəyyəndövrə uyğun olaraq dövriyyəsi tutulur və saldosu (saldo-qalıq deməkdir,yəni yaaktiv hesabın debeti,ya passiv hesabın kreditində olan qalıq) müəyyən edilir. Həriki hesabın debet və kredit dövriyyələrində baş verən prosesləri qeyd edirik. Buda müəssisənin təsərrüfat əməliyyatını təşkil edir. Beləliklə, müəssisə və ya təşkilatda ilk olaraq müəssisədə olanlarla (aktivin debetsaldosu), müəssisənin borcun biləsi (passivin kredit saldosu), gəlir və xərclərinitəhlil edəsi, kapital artımını və ya azalımını görəsi və nəticədə mənfəət və zərərhesabına yekun vurulasıdır. Bu da hesablar planında olan kodlara əsasən müxabirləşmələrdə öz əksin tapasıdır. Bəzi əməliyyatların hesablar planında əksetdirilməsi üçün kodlara rast gəlinmir. Bu tip əməliyyatlar da balansarxasıhesabda qeyd edilir. Bununla da müəssisə öz fəaliyyətini tam şəkildə əksetdirmiş olur. Bu yuxarıda danışdıqlarım mühasibatlığa kiçik bir səyahət idi. Az da olsa anlayış yaradaq ki, bu kitabdakı mövzuların nədən bəhs etdiyini dərk edə bilək.
Əsmər Quliyeva
Təşəkkür edirəm
  • 20 noyabr 2020 11:54
  • Status:
Əzizova Günay
Buyurun mən təşəkkür edirəm
  • 19 dekabr 2020 01:02
  • Status: