» » » Tural Cəfərli - Uğur Psixologiyası


Şeçilmişlər Tural Cəfərli - Uğur Psixologiyası

Tural Cəfərli - Uğur Psixologiyası PDF
ADI:
Uğur Psixologiyası
REYTİNQ:
  • +31
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2020
ÖLÇÜSÜ:
564 kb
Kitabda uğura aparan yol, bu yolda qarşılaşacağınız maneələr, çətinliklər təsvir olunub. Hər birimiz həyatımızı öz düşündüyümüz kimi yaşayırıq. Çox zaman biz qazana biləcəyimiz uğurları görə bilməyib öz işimizin içində vurnuxuruq. Həyatda bütün maneələri aşmaq və arzu etdiyimiz uğurları qazanmaq üçün fikirlərimizi lazım olan istiqamətdə yönəltməliyik.
Həyatda müvəffəqiyyət qazanmaq üçün ilk növbədə həqiqəti dərk etməli və nədən ötrü çalışdığımızı bilməliyik.
Baş verənləri, ətrafımızı düzgün dərk edə bilsək daha xoşbəxt yaşayarıq.
Anadangəlmə fərqli xüsusiyyətlərlə doğularkan insan digərlərinə nisbətən daha sürətlə uğurlar əldə edə bilər. Çünki o daha qabaqcıl, daha real düşünür. Buna görə də yüksək nəticə əldə edir.
Lakin adi insan kimliyindən asılı olmayaraq müvəffəqiyyətə bir az gec çatar. Bunun üçün o daha çox çalışmalı, bir çox mərhələlərdən keçməlidir.
Məqsədə çatmaq üçün nəyi və necə etməyi düzgün bilmək lazımdır. Düzgün fikirlər bizə uğur qazandıracaqdır. Atalar sözündə deyildiyi kimi «Fikir işin yarısıdır.»
Bəzən insan xəyal qurur, sanki özünü yenidən kəşf edir və bu xəyallarını gerçəkləşdirmək üçün əzmlə çalışır, daim əngəllərlə mübarizə aparır ki, məqsədinə çatsın.
Uğur qazanmaq üçün vaxtdan səmərəli istifadə etmək, insanlarla səmərəli münasibət qurmaq, ömrünü hədər keçirməmək lazımdır.
Məncə uğur qazanmağın yollarından biri də odur ki, hər günün sonunda insan özü-özünə hesabat versin. Mən bu gün nə etmişəm. Hansı nailiyyətlər əldə etmişəm.