» » » DAŞINMAZ ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏZƏRİ METODOLOJİ ƏSASLARI


Şeçilmişlər DAŞINMAZ ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏZƏRİ METODOLOJİ ƏSASLARI

DAŞINMAZ ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏZƏRİ METODOLOJİ ƏSASLARI PDF
ADI:
Daşınmaz Əmlakın Qiymətləndirilməsinin Nəzəri-Metodoloji Əsasları
REYTİNQ:
  • +2
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
1.37 MB
Ölkə iqtisadiyyatının bazar istiqamətində inkişafına xas olan bir çox iqtisadi problemlər xarakterikdir. Onların çoxu ən çox özünəməxsusluğu, qeyri-standartlığı ilə qeyd edilir. Böhranlar, dərin sarsılma dövründə hər hansı bir şirkətin mükəmməl idarə edilməsi uçüıı tələb olunan peşəkarlıq anlayışına xüsusi diqqət yetirilir. Burada biznesin qiymətləndirilməsi də böyük rol oynayır. Ən optimal qərarların qəbul edilməsi üçün dəyərin real qiymətləndirilməsinin vacibliyi də mühüm əhəmiyyətə malikdir.
Başlıca məqsəd - menecerlərə özünəməxsus dəyər təfəkkürü aşılamaqdır. Hər bir idarə qərarı - onun reallaşdırılma-sının şirkətin qiymətinə təsiri nöqteyi-nəzərindən dərk edilməlidir. Fond bazan inkişaf edən ölkələrdə şirkətin bazar qiyməti real surətdə təyin edilir. Biznesin obyektiv bazar qiymətləndirilməsinin əsasında gələcək dövrün pul axını hesablamala-nııın ciddi proqnozları dunır. Bizim ölkədə hələ də şirkətin qiyməti ilə onun maddi aktivləri arasında bərabərlik işarəsi qoyurlar. Qeyd edək ki, şirkətlərin dəyərinin qiymətləndirilməsinin təcrübəyə tətbiq edilməsi menecerləri yeniliyə istiqamətləndirir. Şirkətlər adətən intuitiv təyin edilmiş strategiyalar üzrə inkişaf edir və öz məqsədlərini biznesin sonrakı qiymət dəyişiklikləri ilə bağlamırlar. Hər hansı strategiyanın universal ef-fektlik göstəricisi kimi dəyər qiyməti hələ nadir hallarda istifadə olunur. Aparılan təhlillər göstərir ki, fond bazan dəyərin artım amilinə müxtəlif cür təsir edir. O, hər şeydən əvvəl kifayət qədər uzun müddətə böyük pul axınları ilə təmin edən uzunmüddətli amillərə arxalanır. Fond bazan biotexnologiyalar sferasında şirkətlərin yaranmasına onlarin əlverişli, uzunmüddətli perspektivini nəzərə alaraq nikbinliklə baxır. Ardıcıl olaraq bazar yalnız səhmlərin cari gəlirinə yönəldilmir.