» » Qılman İlkin - Bakı və Bakılılar


Şeçilmişlər Qılman İlkin - Bakı və Bakılılar

Qılman İlkin - Bakı və Bakılılar PDF
ADI:
Bakı və Bakılılar
REYTİNQ:
  • +21
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2006
ÖLÇÜSÜ:
3.77 MB
Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib saxlamışlar. Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı və qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu nəşrdə köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.
Kitab nadir və əsasən ilk dəfə çap üzü görən fotoşəkillərlə zəngindir.
Çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaq hamımızın borcudur. Hərə bildiyi qədər, bacardığı qədər. Bu müqəddəs bir işdir. Hər nəsil yaşadığı mühitə göz açır, onun ab-havası ilə böyüyür, necə deyərlər, hər şeyi bir növ hazır görür. Bilmir ki, onun tarixi var, keçmişi var. Bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq. Zira tarix ardı-arası kəsilməz prosesdir. Həm fasiləlidir, həm də fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik. Bu işdə bizə yazılı mənbələr, peşəkar tarixçilər, görüb-götürmüş müdriklər, el ağsaqqalları, yaddaşımız, xatirələr köməyə gəlir. Uzaq keçmişi arxivlərdən, tarixi qaynaqlardan, tarixçilərin əsərlərindən, tarixi mövzularda yazan ədiblərimizdən, elm və mədəniyyət tarixini izləyən müəlliflərimizdən öyrəniriksə, nisbətən yaxın keçmişimizi də yaddaşlardan, xatirələrdən, bu dövrü görmüş canlı şahidlərdən öyrənirik. Müxtəlif ölkələrin millət və xalqlarının tarixini yada salın. Görün bir Paris fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malik olmuşlar. Moskva ruslar üçün, İstanbul türklər üçün, Bağdad iraqlılar üçün əziz olduğu kimi Bakı da bizim üçün əziz və qiymətlidir. Baxınız, kitabına ön söz yazdığım Qılman İlkin də Bakının, Abşeronun tarixindən, ab-havasından, insanlarından bəhs edir. Özü də yazıçı qələmi ilə, publisist qələmilə. Fərəhli haldır ki, Bakı haqqında təkcə tarixçilərimiz deyil (bu sahədə Sara xanım Aşurbəylinin, Bakı sənayesi haqqında Əlisöhbət Sumbatzadənin və Mahmud İsmayılovun, Bakı ticarəti haqqında M. Musayevin yazıları böyük maraq doğurur), habelə onun arxitekturası barədə görkəmli memarlarımız (xüsusən Sadıq Dadaşov, Mikayıl Hüseynov və Ə. Salamzadə və b.) az yazmamışlar. Bu işdə sənətkarların, yazıçıların da əməyi böyükdür. Böyük müğənni Hüseynqulu Sarabskinin "Köhnə Bakı", görkəmli səhnə ustası Hacıağa Abbasovun "Xatirələrim" kitabı təqdir olunmağa layiqdir. Bu nəcib işə söz sənətinin ustaları - yazıçılar da fəal surətdə qoşulmuşlar. Yazıçı Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." kitabı böyük maraq doğurmuşdur. İndi də növbə Qılman İlkinindir. Ümumiyyətlə, böyük şəhərləri, o cümlədən paytaxtları onların ətrafında olan kəndlərsiz təsəvvür etmək mümkün deyil. Məsələn, Tiflisi onun əhatəsində olan kəndlərsiz, Moskvanı "Podmoskovye" adı ilə məşhur olan Moskva ətrafındakı qəsəbə və kəndlərsiz düşünmək olmaz. Bu baxımdan bizim Bakını da. Bakı və kəndləri qırılmaz vəhdət təşkil edir. Bakılılar dedikdə biz dədə-babadan, necə deyərlər, kökündən, soyundan, əsl bakılı olan şəhər əhalisinin və şəhərin ətrafındakı kəndlərin sakinlərini nəzərdə tuturuq, təkcə Bakı deyil, həm də Abşeronun sakinləri nəzərdə tutulur. Bakının həyatını, keçmişini və çağdaşlığını,
onun kəndləri ilə birlikdə götürmək lazımdır. Deyək ki, Bakını Mərdəkan, Buzovna, Maştağa, Nardaran, Novxana, Məhəmmədli, Balaxana, Əmircan, Fatmayı və digər kənd və qəsəbələrsiz təsəvvür etmək olmaz.
Bu baxımdan da hörmətli yazıçımız Qılman İlkin çox düzgün hərəkət edərək "Bakı və bakılılar" əsərində yazdıqlarını təkcə şəhərin özü ilə deyil, həm də onun kəndləri ilə bağlayır, həm Bakıdan, həm də onun kəndlərinin sakinlərindən danışır. Haqlıdır və belə də olmalı idi.
İstəyirsən şair ol, istəyirsən alim, istəyirsən tarixçi ol, istəyirsən yazıçı, publisist, bunu yaxşı dərk edənlər, qəlbən, ruhən dərindən duyanlar həmişə belə etmişlər. Məsələn, Səməd Vurğunun "Bakının dastanı" poemasını götürək. Lirikepik janrda yazılmış və hələ tamamlanmamış bu əsərdə şair Bakıya, onun tarixinə, İçərişəhərə, Bakının küçələrinə, Abşeron torpağına, buranın sakinlərinin adət və ənənələrinə, keçmişinə və çağdaş həyatına xüsusi fikir verir. Qılman İlkinin kitabında da məhz belə münasibətin ifadəsini görürük. Yazıçı publisist qələmilə Bakının və onun kəndlərinin keçmişindən, çağdaş həyatından, buradakı yerli xüsusiyyətlərdən geniş bəhs edir. Özü də tarixin aşkar etdiyi həqiqəti, bu sahədə elmin qazandığı nailiyyətləri bədii-publisist qələminin təsvirlərilə bağlamaqla.
O, tariximizin indi çoxuna məlum olmayan elə səhifələrini açıb göstərir ki, onları həyəcansız oxumaq olmur. Oxuduqca qəzəb və nifrət hissi coşur, başımıza gətirilən müsibətlərin əvvəlki faciələrin, qanlı-qadalı hadisələrin davamı olduğunu bütün dərinliyi ilə duyur, uzun müddət totalitar rejimin bizi "xalqlar dostluğu və qardaşlığı" pərdəsi altında aldatdığını yəqinliklə qət edirsən. Məlum olur ki, 1918- də erməni-müsəlman qırğını günlərində ermənilər ətraf evlərdə yaşayan azərbaycanlıları taxta sirk binasına yığıb yandırmaq istəyirlərmiş.