KitabYurdu » Kitab » Ədəbiyyat » SEYİD ƏZİM ŞİRVANİ SEÇİLMİŞ ƏSƏRLƏRİ III CİLD


Şeçilmişlər SEYİD ƏZİM ŞİRVANİ SEÇİLMİŞ ƏSƏRLƏRİ III CİLD

SEYİD ƏZİM ŞİRVANİ SEÇİLMİŞ ƏSƏRLƏRİ III CİLD PDF
ADI:
SEÇİLMİŞ ƏSƏRLƏRİ III CİLD
REYTİNQ:
  • +16
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
518 KB
Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvani bir müddət Şamaxıda açılmış məktəbdə müəllim olmuşdur. Böyük mütəfəkkirin müəllimlik fəaliyyəti onu yeni səpkidə əsərlər yazmağa sövq etmişdir. Seyid Əzimədək Azərbaycanda açılmış məktəblərdə fars şairi Sədi Şirazinin “Gülüstan” kitabını dərslik kimi keçirdilər. Təəssübkeş şairimiz təhsilimizi milliləşdirmək məqsədilə həmin kitabın müqabilində orta məktəb şagirdləri üçün “Rəbiül-ətfal” (“Uşaqların fəsli”) adlı kitabını yazıb, orta məktəblərə dərslik kimi təqdim etmişdir. Şairin bu cildinə məhz həmin kitabı daxil edilmişdir. Bu kitab milli mövzular əsasında yazılmış son dərəcə yüksək tərbiyəvi əhəmiyyətə malik bir dərs vəsaitidir. Kitab həm də Azərbaycan pedaqogika, dərslikyazma tarixi üçün mühüm əhəmiyyət kəsb edir.