KitabYurdu » Kitab » Ədəbiyyat » Elvin Ali Abdul - Ağ Qurd


Şeçilmişlər Elvin Ali Abdul - Ağ Qurd

Elvin Ali Abdul - Ağ Qurd PDF
ADI:
Ağ Qurd
REYTİNQ:
  • +9
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÖLÇÜSÜ:
475 kb

Kral özünü taxtında çox narahat hiss edirdi. Tezliklə o bu taxt-tacdan əl çəkmək məcburiyyətində ola bilərdi. Çox narahat idi. Əlini çənəsinə qoyub, dərin fikrə getmişdi. Neyləsin, nə etsin ki bu təhlükədən uzaqlaşsın. 
Onlar getdikcə çoxalır, ətrafa yayılırdılar. Bu tayfanın insanları qarşılarına çıxanı məhv etməyə qadir idilər. Ondan əvvəl bu ərazidə krallıq edən Yenqə qarşı da amansız olmuş, onu yurd-yuvasından didərgin salmışdılar... İlahi, bu dəfə edə eynilə olacaq-ondan verginin azaldılmasını, insanların dinc yaşamasını və ən nəhayət hakimiyyətin irsən keçməməsini, insanların seçiminə bağlı olmasını istəyəcəkdilər... Amma, kral Kouyonq bununla barışa bilməzdi. O gərək bir tədbir görəydi. Ordusu da o qədər güclü deyildi. Bəs neyləməli?! Bunlara baş əyməlimi?!.. Yox! Bunu edə bilməzdi, onu başı aşağı görüb, daha da bədləşə bilərdilər. Bu insanlar canavar kimi yaşayırlar. Sürülərlə dolaşırlar. Harada narahatlıq, onların azadlıqlarını əllərindən almaq təşəbbüsü görəndə ona qarşı çıxırlar. Özü də amansızcasına...