KitabYurdu » Kitab » Roman » Ramiz Abbaslı Ad oğrusunun adı


Şeçilmişlər Ramiz Abbaslı Ad oğrusunun adı

Ramiz Abbaslı Ad oğrusunun adı PDF
ADI:
Ad oğrusunun adı
REYTİNQ:
  • +11
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
3.14 Mb
Azərbaycan xalqı bir bəlaya düçar olub. Onun nə vaxt başladığı məlumdur, sonu görünmür: azərbaycan torpaqları hələ də işğal altındadır, qaçqınlar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmirlər, erməni gülləsi bu gün də azərbaycanlını qətlə yetirir. – Oxuculara təqdim olunan “Ad oğrusunun adı”romanı da bu barədədir. 20 may 1995-ci ildə “Aum Sinrike” adlı dini sektanın üzvləri tokio metrosuna zarin qazı buraxıb kütləvi qırğın törətdilər. O hadisəni qələmə alan yapon yazıçısı Xaruki Murakami baş verən dəhşət barədə real təsəvvür yaratmaq üçün biri-birinin təkrarı olan onlarla şahid ifadəsindən, “Aum”çular adlanan sekta üzvlərindən alınmış müsahibələrdən, sxemlərdən və digər vasitələrdən istifadə edir. Belə kitabı oxumaq bəzi oxucular üçün müəyyən çətinlik yarada bilər, hətta qeyri-ənənəvi də görünə bilər. Lakin müasir ədəbiyyatda bu, normal sayılır. Azərbaycan xalqının başına gələnlər tokio metrosunda baş verən hadisədən milyon dəfə dəhşətlidir. Tarixin qara səhifələri olan üç yüz ilin qətliyamından baş açmaq asan iş deyil; çünki onun kökləri dərindir, qara səhifələri zamanın tozu da basıb. Ona görə də hadisəyə üç min ilin tarixi kontekstindən yanaşmaq lazım gəldi. Bu isə tarixi ekskurslarsız mümkün deyildi. Bundan əlavə, şahid ifadələri və sitatlardan da istifadə olunub. Sitatlalar bədii ədəbiyyatda olub, indi də var. Yüzillər öncə yazıb-yaratmış Fransua Rable və Valter Skott öz əsərlərində sitatlardan gen-bol istifadə edirdilər. Müasir dünyanın ədəbiyyat nəhəngləri olan Xulio Kortasarın və Umberto Ekonun da əsərlərində yeri gəldikcə sitatlardan istifadə olunur. Ümidvaram ki, əsrlərdi davam edən Azərbaycan faciəsi və onun davamı olan Qarabağ faciəsiylə maraqlanan hər kəs üçün bu kitab da maraqlı olacaq.