KitabYurdu » Kitab » Ədəbiyyat » Şiringül Musayeva - Seşilmiş Əsərləri


Şeçilmişlər Şiringül Musayeva - Seşilmiş Əsərləri

Şiringül Musayeva -  Seşilmiş Əsərləri PDF
ADI:
Roman, Povest və Hekayələr
REYTİNQ:
  • +15
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
768 kb

TƏQDİMAT

 

Şiringül Musayeva qədim mədəniyyət ocağı Qobustanda anadan olub. Ədəbiyyata 2000-ci illərdə gəlib, əsasən nəsrlə məşğuldur. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür."Vicdanlı Qələm","Qızıl Qələm" media mükafatları laureatıdır. 2017-ci ildə Türkiyədə nəşr olunan şeirli hekayə və romanlarına görə "Şiire üstün hizmet" ödülü ilə təltif olunub. Əsərləri Türkiyə mətbuatında yayımlanır. Azərbaycan mətbuatında, xüsusən də "Azərbaycan", "Ulduz" və "Xəzan" jurnallarında ardıcıl olaraq bədii yaradıcılıq nümunələri ilə çıxış edir. Yazıçı kifayət qədər ədəbiyyat aləmində tanınır. Haqqında dövrün qabaqcıl tənqidçiləri, söz adamları müxtəlif fikirlər söyləmişdir

 "Söz sahibinin əsərinin çəkisi çox zaman onun xalq folklorundan  necə istifadə etməsindən asılı olur. Şiringül Musayevanın indiki zamanda, xəbər məlumatlarının hər yerdə tüğyan etdiyi bir dövrdə sözə qeyri-adi yanaşması onun xalq folklorundan bütün varlığı ilə maksimum bəhrələnməsindədir. Xanım yazıçı, sanki folklorun sıxıb suyunu çıxarıb, tam olaraq mənimsəyib." 

Əli Bəy Azəri

 

“Yazıçının “Koroğlunun qocalığı” hekayəsi qaftanlıdır, düşündürücüdür, başqa anoloji zaman və müstəvilərə tətbiq oluna biləndir, dil şirəlidir, rəvandır. Qələm təcrübəli, təxəyyül sarıdan əmindir.”

Rəşid Bərgüşadlı

 

 "Sözün qədrini bilən, bəzən tumarlaya-tumarlaya əzizləyən, bəzən də sərt üzünü göstərib sözü yumşalmağa məcbur edən Şiringül Musayeva  nəsr əsərləri ilə çağdaş ədəbiyyatımızın tarixinə təməl daşı qoymuşlardandır.”

Vaqif Osmanov