» » » Corc Martin - "Taxt Oyunları" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Corc Martin - "Taxt Oyunları" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Taxt Oyunları
REYTİNQ:
  • +16
MÜƏLLİF:
DİL:
FORMAT:
Ekranlaşdırılaraq yaddaşlarda daha dərin izlər buraxan “Taxt  Oyunları” (org. Game of Thrones) Corc Martinin fantaziyasının ən parlaq nümunələrindəndir. Bir-birindən kəskin şəkildə fərqlənən obrazların çox olduğu “Taxt Oyunları” (bəzi mənbələrdə sadəcə “Taxt-Tac Oyunları”) qarmaqarışıq bir əsər təsiri bağışlasa da, əslində belə deyil.
Yeddi krallığın cənub qisminə başılıq edən Starkların ailə tərkibi yeddi nəfərdən ibarət olsa da, ailənin ögey övladı Jonu da unutmaq olmaz. Cənuba hökm edən Starklar üçün hadisələr Yeddi Krallığın hökmdarı olan Robertin və ailəsinin ziyarətindən sonra başlayır.
Uzun müddət görüşməyən Nedd Stark və Kral Robert arasında baş tutan bu görüş, ziyarətdən əlavə Robertin köməyə ehtiyacı olması səbəbi ilə gerçəkləşir. Robertin sağ qolu, vəfat etmişdir. Robert kral olaraq sadəcə zövq və səfa sürdüyü üçün dövlət işləri ilə maraqlanmaq istəmir. Bunun üçün də bu vəzifəyə güvənə biləcəyi tək insan olan Nedd Starkın təyin olunmasını arzulayır.

Nedd Stark hər nə qədər bu təklifi rədd etmək istəsə də əvvəl-axır qəbul etmək məcburiyyətində qalacaqdır. Amma o vaxta qədər Robert Barateheonun xanədanı Stark qalasını qarışdırmaqdan geri qalmayacaqdır.
Kraliça Cersei və gizli aşiqinin sirri Nedd Starkın kiçik oğlu Branın ayaqlarına əlavə güc gəlmişdi. Jon, ögey övladları olduğu üçün davamlı olaraq Starkların onu rədd etməsindən bezmiş bir haldadır. Zamanı gəldikdə Nedd Stark, qızları Arya və Sansanı yanına alaraq paytaxta üz tutur. Baratheon ailəsinin ziyarəti, Starklara baha başa gəlmişdi.

II Aerysin taxtdan endirilib, Əjdahaları və Targaryen sülaləsinin yox edilməsindən sonra geriyə Targaryen nəslindən Viservs ve Daenervsin sağ qalmasını bilsələr də heç kim onları ciddi rəqib hesab etmirdi.

Dany, qardaşı Viservs tərəfindən qul kimi böyüdülərək itirdikləri Dəmir Taxtın əsil sahibi olduqlarını vurğulayıb bu uğurda hər şey edə biləcəklərini dilə gətirirdi. Bütün bunlardan əlavə, eyni zamanda əjdaha olduğunu vurğulayaraq, qardaşını bununla qorxudurdu.
Gücün artıq əlində olduğunu bilən Dany, bir kraliça kimi davranıb, ilk olaraq qardaşını öldürdü. Sonra əri ilə münasibət quraraq daha sonra da bütün dünyaları yandırıb qovuracaq üç böyük gücə sahibləndi.
Paytaxtda olan Starkın ailəsi üçün vəziyyət, o qədər də ürəkaçan deyildi. Arya davamlı olaraq dəcəlliklər edib oğlan kimi davrandığından, ya da sürətli olarq həqiqətləri insanların üzlərinə deməsinə görə çox da sevilən bir qız deyildi. Sansa isə Kral Robertin oğlu Joffery ilə evlənəcəyindən, bacısının onun nüfuzunu yerə vurmasını istəmirdi.
Nedd Stark isə xanədanın borcları və həll etməsi gərəkən sirrləri ilə mübarizə aparırdı. Birdə özünün gizli tutması lazım olan sirləri..

Qış Qalasında isə Catelyn Stark, oğlu Brana bunu kimin etdiyini axtarmaq niyyətində idi. İlk başda kiçik şeytan Tyrion Lanninsterdən şübhələnsə də, o cücənin bu işlə heç bir əlaqəsi olmadığını başa düşmüşdü. Arka da böyük bir sir yatırdı və bunun üçün də həyat yoldaşını xəbərdar etməsi lazım idi.

Lakin bəzi şeylər üçün vaxt lazım idi. Əslində bizlər nə qədər şanslıyıq. İstədiyimiz bir mesajı həmin an qarşımızdaki insana çatdıra bilirik. Amma, o dövrlər üçün ən vacib olan şey vaxtdır Və təəssüflər olsun ki, çox zamanları yox idi.
Robert Baratheon ölmüşdü. Nedd Stark sirrləri bilirdi və o sirrləri ifşa edə bilmədən özü də ölmüşdü. Geridə qalan qızlarından Arya qaçaq idi və krallıq tərəfindən axtarılırdı.

Nedd Starkın ölməsi ilə düşmənlər hərəkətə keçmişdi. Hamı bir-birinə müaribə elan etməyə başlamışdı. Ən vacibi isə Cənub ilə Yeddi Krallıq düşmən olmuşdu. Hamısının səbəbi isə Kralın xain arvadı Cersei idi.

Taxt Oyunları” kitabındaki fəsillər hər obrazın öz dilindən nağıl edilirdi. Əjdahaların dövrünə modern bir pəncərədən baxmaq istəsəniz mütləq əsəri oxumalısınız. Əsəri oxuyub bitirdikdən sonra “Game of Thrones” serialını izləyərək də böyük zövq ala bilərsiniz.

Taxt Oyunları əsrinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1536-george-r-r-martin-taht-oyunlari.html