KitabYurdu » Kitab » Dərslik » Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu


Şeçilmişlər Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu

Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu PDF
ADI:
Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu
REYTİNQ:
  • +66
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
5.99 Mb
Mühasibat (maliyyə) uçotu ixtisası həmişə hamı üçün anlaşılan olmuş və həmin anlaşıqlığı indi də saxlayır. Hamara məlumdur ki, bütün müəssisə və təşldlatlarda mütləq heç olmasa bir mühasib işləyir. Bununla əlaqədar hesab edirik ki, Siz mühasib ixtisasını seçmiş, ancaq ilk dəfə mühasibat (maliyyə) uçotu və onunla bağlı olan proses və əməliyyatlarla qarşılaşmışsınız. Bu proses və əməliyyatlar hesablar dünyası, onlara dair köçürmə (yazılış), reyestr, hesabat tərtibi və digər işlər məcmusu ilə əlaqədardır. Onları isə araşdırmaq, mənimsəmək, ümumiyyatlə müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin iş prosesinə tətbiq etmək olduqca çətindir. Bu kitab (vəsait) bütün sözügedən işlərin həllinə yol tapmağa, tələb edilən ən xırda məsələlərin yerinə yetirilməsinə istiqamət verməyə köməklik göstərəcəkdir. Kitabın (vəsaitin) köməkliyi ilə Siz mühasibat (maliyyə) uçotu haqqında termin və anlayışlarla, onun forma, prinsip və metodlan tlə tanış olacaq, əməliyyatlann baş verməsinə dair köçürmələr (yazılışlar) verməyi, onlar əsasında Mühasibat (maliyyə) hesabatını tərtib etməyi öyrənəcəksiniz. Müəssisə və təşkilatlann təsərrüfat həyatını öyrənmək və onu uçot həyatına daxil etməklə Siz bütün baş vermiş təsərrüfat hadisələri - torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin), pul vəsaitlərinin, material dəyərlilərinin və digər əmlakların alınması, onlar vasitəsilə zəruri və gündəlik tələb olunan məhsulların istehsal olunması, istehsalla bağlı xərclərin çəkilməsi, işçilərə əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması, hesablanmış ödənişlərin verilməsi, iş prosesində əldə edilən gəlirin müəyyən edilməsi, həmin gəlirdən verginin hesablanması, büdcəyə ödənilməsi, buna uyğun olaraq Vergilər Nazirliyinin son dəyişikliklərlə Vergi Məcəlləsindən, Sosial sığortaya ayırmalara və ondan istifadəyə dair Sosial Müdafiə Fondunun sonuncu əsasnaməsindən istifädə edilməsini, təsərrüfat fəaliyyətində istifadə olunan dəyərlilərin mövcudluğu haqqında invertarlaşmanın apaniması və son nəticədə təsərrüfatın fəaliyyətini qiymətləndirmək üçün uçotun, balans və hesabatın apaniması və tərtib edilməsi məsələlərini. Beynəlxalq və Milli uçot-hesabat standartlannın tələblərinə uyğun öyrənəcəksiniz, Kitabda (vəsaitdə) mühasibat (maliyyə) uçotunun tərkiblərmdən biri olan vergi uçotu da əhatə edilmiş və onun xüsusiyyətləri açıqlanmışdır.