KitabYurdu » Kitab » Ədəbiyyat » Əfrahim Hüseynli (Tərtibatçı) - Həkimlərin söz dünyası


Şeçilmişlər Əfrahim Hüseynli (Tərtibatçı) - Həkimlərin söz dünyası

Əfrahim Hüseynli (Tərtibatçı) - Həkimlərin  söz dünyası PDF
ADI:
Həkimlərin söz dünyası
REYTİNQ:
  • +76
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
2.47 MB
Ədəbiyyatımızın keçdiyi yola nəzər saldıqca, bu qibtəolunası yolun asan olmayan, zaman-zaman çətinliklərlə üz-üzə qalan bir yol olduğunu açıq-aydın görürük. Bu uzun-uzadı yolun tarixi orta əsrlərə qədər gedib çıxır. Bütün çətinliklərə baxmayaraq, zamanın ələyindən, imtahanından keçə-keçə həmin dövrlərdən indiyə kimi yazarlarımız təkcə Azərbaycan ədəbiyyatına deyil, eləcə də dünya ədəbiyyatına misilsiz töhfələr vermiş, öz əsərləri ilə tarixə möhürlərini vurmuşlar. Şahların, hökmdarların, xanların təqib və təsirləri ilə, bir sözlə dövrün çətinlikləri ilə üz-üzə qalsalar da, yazarlarımız haqqsızlığın nə demək olduğundan tutmuş haqqın ölməzliyinə qədər, vətənsevərlikdən tutmuş insan aliliyinə qədər nə varsa, öz əsərlərində zaman-zaman qələmə almışlar.  Əsrləri adlayıb ölməzlik, əbədiyaşarlıq qazanan əsərləri oxuduqca ədəbiyyatımızla fəxr etmək haqqımızın da əbədiliyini görürük. Dünya ədəbiyyatı içərisində fərqlənən, ölçüyəgəlməz bu bitməyən söz xəzinəsini yaradan yazarlarımızı tarixdən heç bir qüvvə silə bilməyib. Tarixi vərəqlədikcə bu söz qüdrətinin qarşısında bəylərin, xanların, hökmdarlar aciz qaldıqlarının, məğlub olduqlarının şahidi oluruq. Mən həmişə deyirəm, bu söz xəzinəsi haqda günlərlə, aylarla danışsaq bitib - tükənməz.  Ədəbiyyatımza həkim-yazarlarımızın da bəxş etdiyi əsərlər saysızdır. Saib Təbrizidən tutmuş Əkmələddin Naxçıvaniyə kimi, Mirzə Əli Xan Ləlidəndən tutmuş Abbas Səhhətə qədər, Tağı Şahbazidən tutmuş çağdaş ədəbiyyatımızda olan neçə-neçə qələm əhlinə qədər zamanın ələyindən keçərək ədəbiyyatəmızı öz əsərləri ilə zənginləşdirən həkimlərimiz də az olmayıb...  Elə bu qeyd etdiyim amillərə görə həmişə çalışmışam ki, klassik, eləcə də çağdaş ədəbiyyatımızda yer alan həmkarlarım olan yazarların yaradıcılığına dərindən bələd olum. Və, bələd ola-ola həkim-yazarlarımızı bir daha ədəbiyyatsevərlərə, el-obaya tanıtmağı özümə mənəvi borc bildim. Bu məqsədlə də ilk dəfə internet məkanında “Həkim-yazarlar” səhifəsini yaratdım. Səhifənin ətrafında birləşən həkimlərimizin sayı günbəgün artmağa başladı...   Sonralar tanınmış şair, gözəl qələm sahibi Afaq Şıxlı mənimlə söhbətində həkim-yazarların yaradıcılığı haqda toplu tərtib etməyi irəli sürdü. Nəhayət, 2016-cı ildə tərtib etdiyim "Həkimlərin söz dünyası" adlı həkim-yazarların ilk yaradıcılıq toplusunu oxucuların ixtiyarına verdik. Qısa zamanda kitab geniş oxucu auditoriyası qazandı. Hətta tanınmış ədəbiyyat adamları bu toplunun təkcə oxucular üçün deyil, həm də ədəbiyyatımıza əvəzsiz bir ərməğan olduğunu qeyd etdilər. Etiraf edim ki, bizdən asılı olmayan bəzi səbəblərə görə topludan kənarda qalanlar da oldu. İlk toplumuzun təqdimat mərasimində bütün müəlliflər, başda tanınmış şair, alim, siyasi xadim Musa Urud olmaqla bu işin davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elə o gündən həkim-yazarlarımızın yaradıcılığını daha dərindən araşdıra-araşdıra, çağdaş ədəbiyyatımızda olan yazarların yaradıcılıqlarını izləyə-izləyə bu toplu ərsəyə gəldi. Ümidvaram ki, bu kitab ədəbiyyatımıza, elimizə gərəkliyi ilə heç də birinci toplumuzdan geri qalmayacaq. Bu toplunun ədəbiyyatsevərlərə, eləcə də ədəbiyyatımıza gözəl bir töhfə olacağına tam əminliklə inanıram. Bu kitabın, əlbəttə, qiymətini oxucular verəcək. Dəyərli oxucular, indi söz sizlərindir!..  Bu layihənin ərsəyə gəlməsində əasalandığımız mənbə müəlliflərinə, dəyərli məsləhətlərini verənlərə, eləcə də bu layıhəyə qoşulanlara dərin minnətdarlığımızı bildiririk. Onu da qeyd edim ki, bu yönümdə fəaliyyətimizi davam etdirəcəyik...