» » » Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları


Şeçilmişlər Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları PDF
ADI:
Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları
REYTİNQ:
  • +5
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
5.52 Mb
Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir.Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.
Multikulturalizm eyni bir ölkədə yaşayan, müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan dəyərdir. Bu dəyərlər əsas götürülmüş ölkələrdə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür. Multikulturalizmin mövcud olmadığı cəmiyyətlərdə humanizm, yüksək fərdi və beynəlxalq münasibətlərin mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqudur. Bu baxımdan Azərbaycan multikulturalizmi ənənəvi siyasətin nümünəvi modelidir. Mədəniyyətlərin və dinlərin ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilmişdir. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının mədəniyyəti üçün hər zaman xarakterik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə, bu sahədə görülən işlər daha da sürətləndi. Ölkədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, mutikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və bir sıra aktual problemlər geniş müzakirə olunur. Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə gördüyü işlər din xadimləri üçün təşkil olunan kurslar, hazırlanan xütbə vasitələri, namaz cədvəlləri multikultural dəyərlərə bir daha öz töhfəsini verərək, dövlətimizin din-siyasətinə verdiyi önəmi dəyərləndirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri çıxışlarında bu dəyərlərin hər bir azərbaycanlı üçün nə qədər önəmli olduğunu dilə gətirmişdi.