» » » SƏMƏD VURĞUN SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD


Şeçilmişlər SƏMƏD VURĞUN SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD

SƏMƏD VURĞUN SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD PDF
ADI:
SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD
REYTİNQ:
  • +43
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
3 MB
Dədə Qorquddan gəlib Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən keçən yolun boyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xoşbəxt sənətkarlardandır ki, ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər yaşarıdır. Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayır. Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatnı bizə yaxın ən böyük körpüsü sayılan ölməz sənatkar əsasən heca vəznində yazdığı şeirləri və dram əsərləri ilə dilimizin bütün zənginliyindən və şirinliyindən bəhrələnərək dillər əzbəri olan poeziya örnəkləri yaratmışdır. "Azərbaycan"ı yurdumuzun poetik tərənnümünə çevrilən ustad sənətkarın xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu bir çox şeirləri ədəbiyyatımızın qızıl fonduna daxilolmuşdur.
Səməd Vurğunun "Seçilmiş əsərləri"nin bu cildində qüdrətli şairin 1924-1937-ci illərdə yazdığı şeirlər toplanmışdır.