» » » Əlibala Hacızadə Əsərləri. IX cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. IX cild

Əlibala Hacızadə Əsərləri. IX cild PDF
ADI:
Əsərləri. IX cild
REYTİNQ:
  • +1
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2.8 MB
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin IX cildinə müəllifin publisistik düşüncələri, müsahibələri, müəllif haqqında məqalələr və ona həsr edilmiş şerlər daxil edilmişdir.
Salam!
Yəqin mənim bu məktubumu oxuyanda çox təəccüblənəcəksən. Ən azı ona görə ki, indiyə qədər nə sən məni görübsən, nə mən səni və təbii ki, bir yerdə oturub bir stəkan çay da içməmişik. Bir də "eloğlum" sözünə təəccüblənəcəksən. Mən sənin Masallıdan, Ərki-vandan pərvazlandığını lap bu günlərdə bilmişəm. Məlumat üçün deyirəm ki, mən Biləsuvardanam. Ancaq bu məktubu sənə Biləsu-vardan olduğumu demək üçün yazmıram. Bunun səbəbi tamam başqadır. Bunun səbəbi ürəyimi dolduran qürur hissidir; elə bir qürur hissi ki, mən hələ indiyənəcən belə bir duyğu yaşamamışdım, belə sevinib kövrəlməmişdim. Bu dolaşıq-çalpaşıq dünyamızın gərdişindən, onun mənim qarşıma çıxartdığı bəzi namərd, yalançı, riyakar və qeyri-səmimi insanlardan küsüb məyus olduğum günlərin birində yeganə həmdəmim olan televizorla dərdləşərkən birdən sənin haqqında hazırlanan süjetə rast gəldim və sənin həyat, iş və əməllərinin müəyyən fraqmentləri ilə tanış oldum. Həm sevindim: elə bil ürəyimə gün doğdu. Üzüm, gözlərim nurlandı ki, sənin kimi bir eloğlum var. Həm də təəcübləndim; niyə sənin kimi gözəl, xeyirxah, ürəyi bu torpağa məhəbbət dolu, zirəng, qabliyyətli, istedadlı bir alimi, insanı, ana yurdunun övladlarını dərin bir duyğu ilə sevən, onların dar günündə, çətin anlarında əlindən tutan və özü də bunları təmənnasız edən, əvəzində heç nə ummayan Hatəm Xan kimi səxavətli bir eloğlumuzu, xalqımızın böyük oğlu Hacı Zeynalabdin Tağıyevin ləyaqətli davamçısı olan bir mesenatı tanımamışam? Və bir az da heyrətləndim; özümdəki biganəliyə, laqeydliyə heyrətləndim; niyə biz yax-şılarımızı, bu millət üçün canıyananlarımızı görmürük, qiymətləndirmirik, xalqa tanıtmırıq? Axı başqa millətlər belə eləmir!