KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Antoni Burgess - "Avtomatik Portağal" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Antoni Burgess - "Avtomatik Portağal" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Avtomatik Portağal
REYTİNQ:
  • +11
MÜƏLLİF:
DİL:
FORMAT:
Avtomatik Portağal“, ingilis yazıçı Antony Burgessin ən məşhur romanıdır. 1959-cu ildə vərəm səbəbi ilə bir ildən az ömrü qaldığını öyrənən Anthony Burgess, ölümündən sonra həyat yoldaşının Keinməsi üçün kitab yazmağa başlamış, bir il içində beş kitab qələmə almışdır. Bu beş əsərdən biri də “Avtomatik Portağal“ əsəridir. Maraqlı olan isə budur ki, Anthony Burgess-ə yalnış diaqnoz qoyulduğundan dünyasını dəyişməmiş və yazıçı olaraq həyatına davam etmişdir.
Əsər Anthony Burgessin özünün öləcəyini zənn etdiyi günlərdə olan pixologiyasının dərin izlərini özündə əks etdirir. Anthony Burgessin digər əsərlərində olduğu kimi bu romanında da dərin nifrət hissi nəzərə çarpır. Əsər anti-utopiya və distopiya janrında az əsərlər yazılmış olduğu tipik bir İngilis ədəbiyyatı distopiyasıdır. Distopiya, yunanca “pis”, “xəstəlikli” və ya “anormal“ mənasını daşıyır. Daha dəqiq desək Distopiya və Pessimist Utopiya eyni mənalı ifadələrdir.
“Heyvanıstan“, “1984“ və ya “Cəsur Yeni Dünya“ əsərlərində olduğu kimi bir utopiya nümunəsi olan əsərdə, gələcəkdə istənilməyən bir dünya modelindən bəhs olunur. Nəşr edildikdən sonra olduqca maraqla qarşılanan əsərin motivləri əsasında, məhşur Stenli Kubrikin rejissorluğu ilə eyni adlı film də çəkilmişdir.
Əsərin əsas mövzusu gələcəkdə pis bir dünyada vətəndaşlara təzyiq edən bir hakimiyyətin və bir küçə dəstəsidir. Böyük Britaniyada bir şəhərdə əxlaqi dəyərlərin bir-birinə qarışdığı, yaxşı və pisin fərqlənmədiyi hala gəldiyi bir kütlədə, gənclərdən ibarət olan bir dəstə insanlara şiddət göstərir.
Əsər kütlə tərəfindən düzəldilməyə çalışılan gənc bir adamın şiddətlərini öz üzərində əks etdirir.
On beş yaşında bir uşaq olan Alex, dəstəsində olan şiddət və təzyiqlər altında oğurluq etməkdə, dükanları talamaqda, malları götürərək, çarəsiz insanları vurub yaralamaqda, qadınlara təcavüz etməkdədirlər. Dəstənin öz aralarında işlətdikləri rusdilli sözlərdən ibarət jarqonları da vardır. Bu dili onlar “Nadsat“ adlandırırlar.
“Niyə“ yaxşılığın köklərini “analiz etməzlər, axtarmazlar?“ Əgər avaralar pislik edirsə, bu onların öz seçimidir.
Bir gecə isə “Avtomatik Portağal“ adlı bir əsər yazan yazıçının evinə girərək onun evini də dağıdırlar. Ortalığı qırıb-tökdükləri kimi yazıçının həyat yoldaşına da şiddət göstərirlər. Başqa bir zaman isə yaşlı bir qadının pişik ilə dolu olan evini basır və onlara mane olmağa çalışan bu yaşlı qadını öldürürlər. Ən sonda isə polis tərəfindən tutularaq həbsə göndərilirlər.
Dəstə üzvləri “Günahkarları yenidən topluma qazandırmaq“ planı səbəbi ilə “Ludavico“ adlı yeni bir labarotoriya işlərinin qurbanına çevrilirlər. Alex və dəstəsi bu planın ilk parçası idilər.
Seanslarda Alexə, şiddət dolu filmləri izlətdirərək, fiziki işgəncələrə məruz qoyduqları bildirilir. Ən sonda Alex ağlından pislik keçdiyi anda qusacaq və ağrılar çəkən bir hala düçar edilir. Bu metodla müalicə edilən Alex, artıq pislik etməyi düşünməyəcək bir hala gəlir.
Amma Lüdviq Bethovenin musiqisini eşidən kimi ona seyr etdirilən nasist soqyqırımına aid filmlərin dəhşət dolu səhnələrini yaşamağa başlayır. Beləcə şəxsiyyəti dəyişdirilən Alex, bir kuklaya çevrilmişdir. Artıq ən çox sevdiyi Bethovendən və musiqidən də təcrid olunmuşdur. Lakin müalicə sonrasında sənədlərə sağaldığı qeyd olunur.
Alex evinə geri qayıtdığı zaman atasının bir kirayəçi götürdüyünü görmüş və artıq evsiz qalmışdır. Artıq bütün dostları polisdir. Lakin bu dəfə də polislərin insanlara şiddət göstərdiyinin şahidi olur. Onların əlindən qurtulan Alex “Avtomatik Portağal“ əsərinin müəllifinin evinə qədər gedir. Sosialist düşüncəli yazıçı isə onu öz evinə almışdır. Alexin hekayəsini eşidən zaman “Ludevico“ planını tətbiq edənlərin insanlıqdan kənar bir hərəkət etdiklərini əsaslandırmaq üçün hərəkətə keçir.
“Sənin kimi bir gənci Avtomatik Portağala çevirənlərə yaşamq haqqı tanımamalıyıq. deyən yazıçı “səni bir maşına çevirmişlər“ deyərək ona köməkçi olmağa çalışır. Ancaq Alex, bu dəfə də başqa bir şəxslərin mənafelərinin qurbanına çevrilir.
 
Antoni Burgess - "Avtomatik Portağal" əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/767-anthony-burgess-otomatik-portakal.html