KitabYurdu » Kitab » Dərslik » Avtomatikanın əsasları


Şeçilmişlər Avtomatikanın əsasları

Avtomatikanın əsasları PDF
ADI:
Avtomatikanın əsasları
REYTİNQ:
  • +12
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
1.37 mb
"Avtomatikanın əsasları" fənnindən dərs vəsaiti məzmunlu, sadə dildə, asan başa düşülən və ətraflı yazılmışdır. Dərs vəsaiti əsasən ali məktəb tələbələrinin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Magisrt və doktorantlar da istifadə edə bilər.
Avtomatikanın əsasları fənni avtomatik sistemlərin nəzəri və təcrübi tətbiq edilməsinin əsas vəziyyətlərini mənimsəmək məqsədilə öyrənilir. Hər bir avtomatik sistemə bir sıra elementlərdən ibarət olan hər hansı avtomatik qurğu daxildir. Ona görə avtomatik sistemlərin tətbiq edilmə üsullarının öyrənilməsinə avtomatikanın elementlərinin əsas xassələri və iş prinsipindən başlamaq lazımdır. Nəhayət, avtomatik qurğularda elementlərin məqsədəuyğun seçilməsi və birləşdirilməsi üçün, həmçinin avtomatikanın nəzəri əsaslarına yiyələnməlidir. Hazırkı kitab ali məktəbdə oxunan mühazirələr əsasında tərtib edilmiş və materialın hazırlanmasında nəzərdə tutulmuş proqramdan kənara çıxmamağa cəhd edilmişdir. Onuda qeyd etmək lazımdır ki, proqrama uyğun tərtib edilən bu dərsliyə hal-hazırda çox böyük ehtiyac vardır. Müasir dövrdə elm və texnikanın sürətlə inkişafı daha yüksək ixtisaslı kadr hazırlanmasını tələb edir. Bu isə ali məktəblərdə tədris olunan fənlər və onu tədris edən müəllimlər qarşısında daha yüksək tələblər qoyur. Bunlardan biri kimi ―Avtomatikanın əsasları‖ fənninin yaxşı mənimsənilməsi, daha 4 da təkmilləşdirilməsi, geniş ləndirilməsi və daha dərindən öyrənilməsi günün vacib məsələlərindəndir. Ali məktəblərin iş təcrübəsi göstərir ki, kadr hazırlığının keyfiyyəti yalnız professor-müəllim heyətinin işindən asılı deyil. Burada yeni, daha asan mənimsənilən sayca çox olan dərsliklərin olmasının və tələbələrin mövcud ədəbiyyat üzərində sərbəst işləyə bilməsinin də rolu böyükdür. Bu vəsait məhz tələbələrin fənn üzərində müstəqil çalışmaları, onların biliyini dərinləşdirməklə yanaşı, həm də bir mütəxəssis kimi yetişmələrinə imkan verir. Ona görə də, tələbələrin istifadə edəcəyi dərsliklər istər elmi, istərsə də pedaqoji yönümdən bu yüksək tələbata cavab verəcək səviyyədə olmalıdır. Bu baxımdan bütün sahələrdə ayrı-ayrı fənlər üzrə dərsliklərin olması çox vacibdir. Dərslikdə xətti avtomatik tənzimləmə sistemlərinin əsas anlayışları, metod və prinsipləri, obyektlerin riyazi yazılış formaları, dayanıqlıq, telemexaniki sistemlər və avtomatik tənzimləmə sistemləri tənliklərinin tərtib edilməsi, tipik həyacanlandırıcı təsirlər, onların riyazi ifadələri, tənzimləmə parametirlərinin sabit qalması üçün obyektə olan tələbat üsulları şərh edilmişdir. Dərs vəsaitində avtomatik 5 tənzimləmə nəzəriyyəsinin əsas məsələlərinə xüsusi yer verilmişdir. Bunları nəzərə alaraq, müxtəlif ədəbiyyatlarda verilən məlumatlar analiz edilərək bir yerə toplanmışdır. Digər tərəfdən bu fənn üzrə Azərbaycan dilində yazılmış dərsliyə böyük ehtiyac olduğunu nəzərə alıb, hazırkı kitabı nəşrə hazırladıq. Dərsliyin tərtibatında müxtəlif dillərdə yazılmış elmi ədəbiyyatlardan və dərsliklərdən istifadə edilmişdir.