KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Nil T. Anderson Buxovları Qıran


Şeçilmişlər Nil T. Anderson Buxovları Qıran

ADI:
Buxovları Qıran
REYTİNQ:
  • +8
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
944 KB

Qaranlıq tərəfin həqiqətən mövcud olması

Bir vaxtlar mən Nensinin başına gələnlərin qeyri-adi, müstəsna hal olduğunu düşünürdüm. Onun probleminin dərəcəsi qismən qeyri-adi olsa da, mən indi başa düşürəm ki, Paul: «Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır» (Efes. 6:12) yazarkən fikrində hər bir imanlını nəzərdə tutmuşdu. Pastor, seminariya professoru və konfrans spikeri kimi 30 ildən artıq xidmətdən sonra mən dünyanın hər yerində aldanan və uğursuz həyat yaşayan minlərlə məsihçiyə xidmət etmişəm. Bu, həqiqətən, faciədir, çünki onların Göylərdəki Atası Məsihdə azad və məhsuldar həyat yaşamalarını arzu edir.
Mənim bu xidmət sahəsinə səyahətim seçimimdən asılı olmayıb. Allah məni xidmətə çağırmazdan əvvəl mən çox məntiqi düşünən, təyyarə modelini tərtib edən bir mühəndis idim. Hətta adi məsihçi olanda belə, cinlərin fəaliyyəti və ya okkultizmlə heç vaxt maraqlanmamışdım. Sirli bilik və okkultik güc məni heç vaxt şirnikləndirməyib. Mən nə onlarla maraqlanmışdım, nə də onları təcrübədən keçirmişdim.
Digər tərəfdən, mən həmişə Qərb rasionalizminə və naturalizminə zidd olsa da, Müqəddəs Kitabın ruhani aləm haqqında dediklərinə inanmağa meyilli olmuşam. Nəticədə 25 il ərzində Rəbb Nensi kimi məsihçiləri yanıma gətirib. Həmin insanları Məsihdə azad və məhsuldar həyat yaşamaqdan saxlayan düşünmə tərzləri, vərdişləri və davranışları onları əsarət altına salmışdı. Onlara kömək etməyim üçün seminariya təlimim məni kifayət qədər hazırlamamışdı. Onlara xidmət etmək üçün erkən səylərimdə çoxlu uğursuzluqlar ilə üzləşirdim, amma hər cəhddə yeni duyum əldə edirdim. Mən onları azad edəcək həqiqəti axtarmaq üçün yenə də Kəlama üz tuturdum.
İllər boyunca öyrənməyimin və xidmətimin sayəsində həqiqətin bizi necə azad etdiyini və Allaha tabe olmaqla bərabər iblisə qarşı durmalı olduğumuzu (Yaqub 4:7) daha yaxşı başa düşürəm. Nə ruhani aləmin həqiqiliyini rədd edən psixoterapevtik xidmətlərin, nə də problemə yalnız ruhani bir şey kimi baxan cinləri qovma xidmətlərinin yetərli cavabı yoxdur. Allah həqiqətdə mövcuddur, O, bütün varlığımızla ünsiyyətdədir – və Onun Kəlamı bu günaha batmış dünyada yaşayan bütün insanlar üçün hərtərəfli cavabı təmin edir.