» » » Viktor Hüqo - Seçilmiş əsərləri. 3-ci cild


Şeçilmişlər Viktor Hüqo - Seçilmiş əsərləri. 3-ci cild

Viktor Hüqo - Seçilmiş əsərləri. 3-ci cild PDF
ADI:
Seçilmiş əsərləri. 3-ci cild
REYTİNQ:
  • +20
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
6.06 MB
Viktor Hüqo. Seçilmiş əsərləri, üç cilddə, III cild (“Səfillər”, V hissə; “Paris Notr-Dam kilsəsi”).
İctimai xəstəliklər tədqiqatçısının qeyd edə biləcəyi iki ən çox yaddaqalan barrikada bu kitabda təsvir olunan hadisələrin baş verdiyi dövrə aid deyil. Qorxunc dövrün, bir növ, simvolu olan bu barrikadalar 1848-ci ilin faciəli iyun üsyanında, sanki, yer altından çıxmışdı, bu üsyan tarixin şahid olduğu bütün küçə vuruşmalarının ən böyüyü idi.
Bəzən elə olur ki, qara camaat - bu böyük qiyamçı - hətta yüksək prinsiplər əleyhinə, azadlıq, bərabərlik, qardaşlıq əleyhinə, seçki hüququ əleyhinə, ali xalq hakimiyyəti əleyhinə çıxır, məyusluq, kədər, boşa çıxmış ümidlər, təşviş, məhrumiyyət, üfunət, cəhalət, nadanlıq girdabından qalxaraq üsyan edir; elə də olur ki, avam camaat xalqa müharibə elan edir.
Sərsərilər ictimai hüquqa hücum edir; oxlokratiya demosun üzərinə qalxır.
Bu günlər müsibətli günlərdi; bu cür ağılsızlığın özündə də həmişə bir qədər ədalət olur; belə bir duel adamın öz-özünü öldür-məsinə bənzəyir; “sərsərilər”, “qara camaat”, “oxlokratiya”, “avam camaat” kimi təhqiredici sözlər, əfsus ki, əzab çəkənlərin deyil, hökmranlıq edənlərin, bədbəxt edilmiş məzlumların deyil, imtiyazlıların müqəssir olduğunu sübut edir.