KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Stefan Sveyq - "Səbirsiz Ürək" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Stefan Sveyq - "Səbirsiz Ürək" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Səbirsiz Ürək
REYTİNQ:
  • +28
MÜƏLLİF:
DİL:
FORMAT:
Səbirsiz Ürək” almaniyalı Stefan Sveyqin roman olaraq qəbul olunan yeganə əsəridir. Ziqmund Freydin fikirlərinə dərin bir maraq duyan Sveyq, bu əsərində Freyddən bəhrələndiyi fikirləri ustalıqla əks etdirmişdir.
Səbirsiz Ürək: Avstriya-Macarıstan ordusunun zabiti Anton Hofmiller, qəsəbədəki qarnizonda vəzifəlidir. Bir gün Anton varlı Kekesfalvanın qohumu ilə tanış olmuş və dostu tərəfindən Herr Layos Von Kekesfalvanın evində verilən mərasimə dəvət edilmişdir. Yeməkdə Kekesfalvanın qızı Edith və İlona ilə də tanış olur. İçki və vərdiş etmədiyi bu gözəl mühit Antonun gözünü kəlləsinə çıxartmışdır. Gecə boyu rəqs edərək əylənən Anton, getmək istəsə də ev sahibinin hələ on səkkiz yaşında olan qızları Edith ilə də rəqs etmək qərarına gəlir. Beləliklə Edithin oturduğu stola qədər gedərək, onu rəqs etməyə dəvət edir. Lakin həmin an Edith birdən hıçqırıqlar içində ağlamağa başlayır. Zabit Antonun, gənc qızın hansı səbəblə ağlaması barədə heç bir fikri yoxdur. Lakin səbəbi öyrənən zaman etdiyi hərəkətdən peşimanlıq hissi duyur. Çünki Edithin yerimə əngəlli olan biridir və hər iki ayağı da işləmir. Rəqs etməyə qalxa bilməyən gənc qız, hamının önündə ağlamağa başalyır. Ona görə ki, Edith təkərli arabaya məhkumdur.
Anton Hofmiller qızın əlil olduğunu görməmişdi, çünki qız masa arxasında əyləşmişdi. Üzü-gözü qızararaq etdiyi hərəkətdən peşimanlıq duyar bir vəziyyətdə dayanan zabit, oradan qaçaraq ayrılır. Ertəsi gün isə üzr istəmək üçün Edithə gül göndərmiş, sonradan isə hər gün Edith və İlona ilə gəzməyə çıxmağa başlamışdır. Hər ziyarət sonrası Antonun Edithə daha çox yazığı gəlməyə başlayır.
Kekesfalva və İlona, Edithin xəstəliyi səbəbi ilə yaranan bütün kaprizlərinə qarşı anlayış nümayiş etdirərək onun halına çox kədərlənirlər. Bir gün Kekesfalva Hofmillerdən, həkim Condora Edithin sağalma şansının olub-olmaması barədə gizlincə sual verməsini istəyir. Çünki Dr. Condor bu mövzuda heç zaman dəqiq bir söz deməmişdir.
Hofmiller Dr. Condordan Edithin sağala bilməyəcəyini öyrənir. Amma Kekesfalva ailəsini kədərləndirməmək üçün zərərsiz görünən yalanlar deməyə başlamış və onları bu mövzuda ümidləndirmişdir. Hətta bu hisslər Hofmillerin, əslində Edithin sağalmayacağını bildiyi halda onlara yeni bir müalicə metodunu müjdələməsini, sonra da artıq özünə aşiq olan Edithə, onun da eşq elan etməsinə qədər sürüklənir. Ona qarşı məhəbbətini elan edən Edithə qarşı, yazığı gəlməsi xaricində heç bir maraq hiss etməyən Hofmiller çarəsiz qalsa da, bir anda özünü nişan üzüyü ilə baş-başa görür.
Bu nöqtədən sonra münasibət qorxunc bir sona doğru istiqamətlənir. Bir parçası olduğu vəziyyətin çarəsizliyi ilə işi intihara qədər aparmaq istəyən Anton, bütün olub keçənləri komandirinə açıb-söyləyir. Komandir Svetozar Bubeniçin ona məsləhəti, Czaslaudaki ehtiyat hissəyə getməsivə səhər tezdən kimsələrə görünmədən oradan ayrılması olur. Komandir bir şəkildə vəziyyəti öz nəzarəti altına alacaq və nişan mövzusunun da səssizcə bağlanmasını təmin edəcəkdi.
Hofmiller səhər tezdən ilk qatara çatmaq üçün yola qoyulur. Lakin yenə də  vicdanı onu rahat buraxmır. Etdiyi hərəkətdən peşimanlıq duyaraq ilk stansiyadaca qatardan enib, açıqlama vermək üçün Condorun yanına baş çəkir. Lakin Condor evdə deyildi. Anton Condor üçün bir məktub yazıb qoyur və məktubda baş verənləri qısa və doğru bir şəkildə nağıl edir. Sözünü tuta bilmədiyini, dostları qarşısında utanaraq nişanı inkar etdiyini, intihar etmək istədiyini, lakin komandirinin ona mane olduğunu yazır. Bütün bu olanlardan sonra Condordan Kekesfalvaların malikanələrinə gedərək onlara hər şeyi olduğu kimi danışmasını və əgər Edith onu bağışlayarsa geri dönərək onunla sonsuzadək bir yerdə olacağını yazır. Bununla da qalmayaraq Condorun məktubdakilari onlara çatdırmama ehtimalının qarşısını almaq üçün növbəti stansiyadan teleqraf göndərir.
Ancaq, təəssüflər olsun ki, teleqraf nə Edithin nə də Condorun əlinə keçir. Bütün qəsəbə bu hadisənin dedi-qodusunu edərkən Anton hələ də ortalıqlarda yox idi. Edith duyduğu utancdan sonra intihar edir. Herr Von Kekesfalva qızının kədərinə yalnız bir neçə gün dözə bilir. Edithin intihar etdiyi tarix, eyni zamanda müharibənin başladığı tarixdir. Anton vicdan əzabı ilə müharibəyə qatılır. İtirəcək heç bir şeyi olmadığından inanaraq girdiyi hər döyüşdən qəhrəmanlıqla çıxır. Ona verilən medal və mükafatları haqq etmədiyini düşünərək əsgərlikdən istehfa edir.

Stefan Sveyq - Səbirsiz Ürək əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1759-stefan-zweig-sabirsiz-yurek.html