» » » Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası


Şeçilmişlər Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası

Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası PDF
ADI:
Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası
REYTİNQ:
  • +34
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
1.75 MB
Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışların bədiiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatadakı rolunu göstərməklə, elmi həyatiləşdiməyə, yaradıcı öyrənmənin mahiyyətini açmağa çalışmışdır. Kitabdakı tövsiyyələr elmin anlam yolu ilə qavranılması üçün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir. Metodik vəsait orta məktəb şagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Metodik vəsait riyaziyyatın konstruktiv təlimlə tədrisinə həsr olunmuş, konstruktivizm nəzəriyyəsinin prinsiplərinə əsasən işlənmişdir. Kitabda təfəkkürü inkişaf etdirən riyaziyyat elmi ilə idrakı proseslərə əsaslanan konstruktiv təlimin uğurlu vəhdəti yaranmışdır. Kitab üç bölümdən ibarətdir. “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlanan kitabın birinci bölümü metodiki araşdırmalardan və konstruktiv təlimlə tədris olunmuş riyaziyyat dərslərindan ibarətdir. Buradakı metodiki araşdırmalar müəllim işini istiqamətləndirmək üçün nəzərdə tutulmuşdur. Nümunələrdəki mövzular ətrafında aparılan araşdırmalar isə dərsləri genişləndirərək mövzu ilə bağlı fəsli əhatə edərək yeni bilikləri yaradır. Kitabdakı araşdırmaların maraqlı cəhətlərindən biri sualların qoyuluşunda və cavabların məntiqli olmasındadır ki, bu da öz növbəsində yaradıcı təfəkkürdə gələcək bilikləri də yaradır.