KitabYurdu » Kitab » Dərslik » Dəmiryolu Logistikası və Excel


Şeçilmişlər Dəmiryolu Logistikası və Excel

Dəmiryolu Logistikası və Excel PDF
ADI:
Dəmiryolu Logistikası və Excel
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÖLÇÜSÜ:
4.7 mb

Kitab Dəmiryolu Logistikasına fokuslanmış və möhkəm baza biliklərini özündə ehtiva edir. Oxuyucular kitabda eyni zamanda müasir iş dünyasında önəmli rollardan birini oynayan Excel proqramında praktiki nümunələrlə tanış olaraq, Excel və Dəmiryolu Logistikası haqqında müəllif tərəfindən verilən konkret izahları öyrənəcək və biliklərinizi möhkəmləndirmək imkanı əldə edəcəksiniz. Kitabdakı məlumatları mənimsəyən hər bir oxucu bu sahədəki biliklərini 0-dan orta səviyyəyə rahatlıqla qaldıra bilər.

Məhsulların dünya üzərində dövriyyəsi və paylanması prosesi qlobal iqtisadiyyatın mühüm hissəsi olan logistika sənayesi tərəfindən idarə olunur. Çünki texnoloji irəliləyişlərə və daha sürətli, daha effektiv çatdırılma metodlarına görə, logistika son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf yolu qət etmişdir. Bu inkişaf bütövlükdə logistika bazarına təsir göstərmiş, onu müasir dünyaya müsbət təsiri olan dinamik bir sektora çevirmişdir. Logistika sektorunun çox şaxəli olması ilk başlarda mürəkkəb görünsədə, daxilinə endikcə nizamla qurulmuş zəncirvari sistemin olduğunu başa düşə bilərik. Logistikanın idarə edilməsi səmərəli və effektiv təchizat zənciri əməliyyatları üçün çox vacibdir. Nəqliyyat, anbar, inventar nəzarəti və digər logistika proseslərini optimallaşdırmaqla, o, müəssisələrə xərcləri minimuma endirməyə, müştəri məmnuniyyətini maksimum dərəcədə artırmağa və bazarda rəqabət üstünlüyü əldə etməyə imkan verir. Bunu həyata keçirməyə kömək edən dörd əsas effektiv logistik idarəetmə növü mövcuddur. Təchizat Logistikası, İstehsal Logistikası, Tərs Logistika və Üçüncü Tərəf Logistika (3PL və ya 4 PL).