KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Ziqmund Freyd - "Aforizmlər" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Ziqmund Freyd - "Aforizmlər" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Aforizmlər
REYTİNQ:
  • +23
MÜƏLLİF:
DİL:
FORMAT:
Psixoanalizin banisi avstriyalı nevroloqist Ziqmund Freyd, bəşəriyyətə mədəni bir irs buraxıb getmişdir. Milliyətcə yəhudi əsilli olan Freyd, ən çox özünün təhtəlşüur fikir və psixoloji represiyya meaxnizmi nəzəriyyələri ilə, eyni zamanda dafikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (və ya “analisand”) və psixoanalist arasındaki dialoqa əsaslanan psixopatologiya müalicə üsulunun yaradıcısı kimi tanınmışdır. Bu əsərdə (Aphorismen)  Ziqmund Freydin müəllifi olduğu əsərlərdən seçilmiş və sizin də diqqətinizi çəkə biləcək aforizmlər yer almışdır. Əgər Ziqmund Freydin ayrı-ayrı əsərlərindən toplanmış dəyərli fikirlərindən agah olmaq istəsəniz kiçik həcmli “Aforizmlər“ əsəri sizin üçün arzuolunandır.
Aforizmlər:
Sizə etiraf etdiyim ümidlərdə də illüziya ola bilər. Lakin mənimkilər digərlərindən çox fərqlidir. Bölüşmədiyim üçün cəza verilməməsi bir yana; dini illüziyaların əksinə, mənim illüziyalarımın sübutu mümkündür.
***
Necə varıqsa, eləyik, çünki keçmişdə də belə olmuşuq. Həyatdakı problemlərin həlli üçün əxlaqi dəyərlərə yox, daha çox biliyə ehtiyac duyuruq.
***
Fantaziyaların arxasında olan ruhlandırıcı güc, həyata keçirilməmiş olan arzulardır. Hər bir fantaziya başqa bir arzunun həyata keçirilməsi, insanı qane etməyən reallığın onun ürəyincə düzəldilməsidir.
***
Gözləməyi bacaran insan heç nə üçün güzəştə getməməlidir.
***
İnsanlar tərəfindən qəbul olunmasa da, “ kişilər sevilmək istəməyən kobud məxluqlardır ” və ya “ kişilər hücuma məruz qalanda yalnız özlərini müdafiə edirlər ” kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya xüsusilə böyük yer tutur.
***
Geniş yayılmış inanca görə, insanların seksual həyatı öz cinsi orqanlarını qarşı cinsin orqanı ilə birləşdirmək cəhdlərindən ibarətdir.
***
“Okean hissi” adlandırdığımız sonsuzluq hissinin gələcəkdə din ilə əlaqələndiriləcəyini görə bilirəm. “ Okean hissi ”-nin əsasını təşkil edən “ Kainatla bir olma və onunla birləşmə ” hissi dinin insanlara verdiyi təskinlik və təsəllilərə çox oxşayır. Başqa sözlə, bu hiss eqoizmin xarici aləmdə gördüyü və özünə təhdid kimi qəbul etdiyi təhlükələr qarşısında yeni yollar axtarmasıdır.
***
İnsan oğlu, demək olar ki, süni Tanrıya çevrilib.
***
Doğrudur, oxşarlıqlar heç nəyi müəyyənləşdir; lakin insanı öz evindəymiş kimi hiss etdirə bilərlər.
***
Əgər kimsə hansısa bir dini təlimin irəli sürdüyü bütün səfehlikləri araşdırmadan qəbul edir və hətta bunların arasındakı təzadları görməzlikdən gəlirsə, onda bu adamın ağlından şübhələnmək lazımdır.
***
“Elmdən əvvəlki günlər” adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.
***
Əgər apardığımız tədqiqatlar nəticəsində dinin insana məxsus nevroz növü olduğunu tapa və fərdi xəstələrdə olduğu kimi nevrotik vəsvəsələrin də böyük qüvvəsini izah edə bilsək, məhz o zaman tarixin ən möhtəşəm güclərindən biri olan dinin insanlara qarşıyaratdığı qəzəbi müasir dövrümüzdə müalicə edə bilərik.
***
İngilis dramaturq Uilyam Şekspirə həsr olunan əsərlərin həqiqətən də ona aid olduğuna artıq inanmıram.
***
İstədiyini əldə edə bilmirsənsə, əldə etdiyini istəyəcəksən.
***
İnsan adlandırılan heyvanın daxilində yatan, tam əhliləşməmiş ən pis şeytanları yuxudan oyadan və onlarla güləşənlərdən heç kim bu mübarizədən sağ-salamat çıxacağına inanmasın. Mən də bura daxiləm.
***
Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir.
Muslum4321
Burada  olan  pdf  EPUB  formatlarini  yuklemek olur...MEZMUN formati nece yukleyek?
  • 12 may 2018 02:54
  • Status: İstidafəçi xətdə deyil
Hesen
Hesen
  • 1
kim istese mailime yazsin gonderim pdfi

[email protected]
  • 3 oktyabr 2018 17:21
  • Status: