» » » AZƏRBAYCAN NAĞILLARI I CİLD


Şeçilmişlər AZƏRBAYCAN NAĞILLARI I CİLD

AZƏRBAYCAN NAĞILLARI I CİLD PDF
ADI:
AZƏRBAYCAN NAĞILLARI I CİLD
REYTİNQ:
  • +18
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
735 KB
“Biri vardı, biri yoxdu...” möcüzəsi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçmiş, dildən-dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyon-milyon insan ömrünü yaşayaraq bugünümüzədək gəlib çatmışdır. Əbədi gözəlliyə qovuşmaq istəyindən doğulan, şirin-şəkər dillərdə yaşaya-yaşaya şirinləşən, yüzilləri adladıqca daha da cilalanan söz-fikir incilərimiz - nağıllar yenə də insanları öz işığına toplayır.
Haqqın nahaqq üzərində qələbəsinin aparıcı olduğu bu zəngin el yaradıcılığı nümunələrində qəhrəman hər cür çətinliyə üstün gəlir, öz böyük arzularına çatır. Lakin xoşbəxt həyat asanlıqla qazanılmır. Nağıl qəhrəmanı son dərəcə ağır imtahanlardan çıxmalı olur; sehrkar varlıqlarla, fövqəltəbii güclərlə çarpışır, bu müdhiş qüvvələrin qırılmaz tilsimlərinə qarşı dayanır...
Beşcildlik “Azərbaycan nağılları”nın təqdim olunan I cildinin əsasında milli folklorun toplanması, nəşri və araşdırılmasında böyük xidməti olan Hənəfi Zeynallının “Azərbaycan nağılları” toplusu dayanır. Hələ 1936-cı ildə nəşrə hazırlanmış həmin toplama-tərtib işi bu gün də el arasında geniş yayılan nağıllarımızın böyük qismini əhatə edir. Topluda yer alan, milli koloritlə zəngin nağıllar vaxtilə Azərbaycanın dəyişik bölgələrindən yazıya alınmışdır.