KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Ştefan Svayq – Şahmat əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Ştefan Svayq – Şahmat əsəri ilə tanışlıq və məzmunu

ADI:
Şahmat
REYTİNQ:
  • +41
MÜƏLLİF:
DİL:
FORMAT:

Psixoloji janrda şedevrlərdən hesab olunan “Şahmat” (alm. Schachnovelle )əsərialman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunan əsər Nyu-Yorkda nəşr olumuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır.

Avropa mədəniyyətinə vida edərkən həyata da vida etməyi seçən Sveyq, həyata vida etmədən öncə dünya ədəbiyyatına “Şahmat” kimi bir miras bəxş elədi. Psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsər təsiri bağışlayan “Şahmat” eyni zamanda da fərqli dünyaların qapısını üzümüzə açır.

Şahmat: Əsərimizin qəhrəmanı Dr.B obrazıdır. Təsadüfən əlinə keçən bir kitabda şahmatın sirlərini öyrənərək, bu oyunu bir asılılığa çevirən Dr.B daha sonra bu asılılığına görə beyin travması alır.

Əsər, iki dostun Nyu-Yorkdan Buenos-Ayresə gedən bir gəmiyə minməsi ilə başlayır. Gəmidə müxtəlif qəzet müxbirlərinin var olmasına səbəb, şahmat üzrə dünya çempionu Mirko Czentovic də turnirə qatılmaq üçün gəmiylə Buenos-Ayresə yol almasıdır. Mirko Czentovic kiçik yaşlarında danışılanları qavramaq və danışmaq kimi bir çox problemlərlə üzləşən bir kəndlidir. Uşaq olarkən keşiş olan atası və dostunun hər axşam oynadıqları üç partiyalıq şahmat gedişlərini diqqətlə izləyərək şahmatın sirlərinə yiyələnmişdir. Bir axşam atasının işi çıxaraq, dostu ilə oynadığı şahmat partiyası yarımçıq qalarkən, Mirko atasının oyununu davam etdirərək üç partiyanın hər birində qalib olur. Buna çox təəccüblənən atası onu şəhərdəki şahmat klubuna aparır. Burada da öz istedadını göstərən Mirko, ən sonda dünya çempionu olaraq öz şöhrətini zirvələrə ucaldır. Lakin, oyunlar bitdikdən sonra masadan qalxarkən ətarfındakılara qəribə baxışlarla baxar, müxbirlərin suallarına qarışıq və başa düşülməyən cavablar verərdi. Bu səbəblə də Mirko, istər qəzet müxbirləri, istərsə də ətarfındaki insanlarla şahmatdan kənar heç bir mövzuda ünsiyyət qurmazdı.

Günlər keçdikcə sərnişinlər gəmidə bir şahmat çempionu olduğunu eşidirlər. Bunu eşidən milyoner McConnor, Czentovicə pul qarşılığında bir partiya şahmat oynamağı təklif edir, sonuncu da təklifi sevə-sevə qəbul edir. Lakin Czentovicə qarşı eyni anda gəmidə olan bütün şahmat həvəskarları oynayacaqdı. Gediş rəqiblərin olduqda Czentovic salonun aşağısındaki masaya gedib əyləşər, gediş növbəsi özünün olduqda isə bir dəqiqə belə gözləmədən ayaq üstə gedişini edərək yenidən əyləşdiyi masasına doğru gedərdi. Fəqət, məğlubiyyəti həzm edə bilməyən McConnor, Czentovicə yenə bir partiya oynamağı təklif edir. Oyun yenidən McConnorun məğlubiyyətinə doğru gedərkən, birdən zalda yeni bir sima peyda olur və ona öz gedişlərini etməkdə köməklik göstərir. McConnoru yanlış həmlələri etməkdən çəkindirən yeni ulduz, bir neçə gedişdən sonra məğlub olacağını deyir və onun ən optimal gedişi etməsinə kömək edir. Hər gedişi bu şəkildə davam edən oyun sonda sərnişinlərlə Czentovic arasında heç-heçə yekunlaşır. Sərnişinlər buna olduqca təəccüblənərkən, McConnor, adının Dr.B olduğunu öyrəndiyi yeni simanın Czentoviclə yeni bir partiya oynamasını və pulunun özü tərəfindən ödəniləcəyini söyləyir. Lakin bunun imkansız olduğunu söyləyən Dr.B, 25 ildir heç şahmat oynamadığını söyləyərək oradan ayrılır. Dr.B-nin Czentovici məğlub etməsini istəyən McConnor və digər sərnişinlər, aralarından birini Dr.B-nin kayutuna, oyunu qəbul etməsi üçün dilə gətirməyə göndərirlər. Dr.B də bunu etməyəciyini deyərək öz hekayəsini danışmağa başlayır.

İllər əvvəl atası ilə bir vəkillik bürosu işlədərkən, hökumətdən gizli işlər gördüyü əsası ilə göz altına alınır. Lakin həbsə atılmaq əvəzinə, içində yalnız bir qoltuq, bir rəf, bir ləyən və kiçik barmaqlıqlı pəncərəsi olan, kiçik və alçaq tavanlı bir otaqda saxlanılır. İlk başlarda darıxmasamasa da, sonralar saatı və zamanı bilməyərək, yeməyini gətirib və aparmaqdan başqa bir iş görməyən və onunla bir kəlimə belə kəsməyən nəzarətçini görərək zamanı müəyyənləşdirər, pəncərədən görünən divarı izləyərək bütün beyin funksiyalarını itirməyə başlayır.

Zaman-zaman sorğu-suala aparılan və heç bir iş görmədiyindən getdikcə zəifləyən beyni və düşüncə gücü ilə sorğu-sual əsnasında ağzından bir şey qaçırtmamaq üçün böyük bir güc sərf etmək məcburiyyətində qalır.

Bir gün sorğu-sual üçün gözlədiyi otaqda əsgərin formasının cibində birkitab görərək, onu oğurlayır. Bu qədər zamandan sonra ilk dəfə beynini işlədəcək bir məşğuliyyət tapmağının sevinci ilə xoşbəxt olur. Hücrəsinə qayıdanda kitabı açır və onun bir şahmat kitabı olduğunu anlayır. Başda ümidini üzsə də, sonralar çörəyin içindən hazırladığı fiqurlar və şahmat taxtası olaraq istifadə etdiyi ağ-qara yataq örtüyü ilə kitabdaki bütün partiyaları oynamağa başlayır. Lakin bir müddət sonra bu artıq vərdiş halını almağa başlayır. Yuxu da daxil olmaqla bütün zamanını şahmat oynamaqla keçirir. Lakin bu dəfə də öz-özü ilə ilə oynayarkən məğlub olduğunda hirslənməyə başlayır. Oynayarkən həddən artıq dərəcədə həyəcanlanır. Bir dəfə yenə özünə məğlub olarkən əsəb gərginliyi keçirir və pəncərənin şüşələrini qıraraq əlini kəsdikdən sonra xəstəxanaya yatırılır. Xəstəxanadaki həkim onu tanıdığından, qaçmasına kömək edir. Artıq azad olsa da, bir daha şahmat oynamamaqda qərarlıdır.

Əsərin sonunda Dr.B, Czentovic ilə bir partiya daha oynamağı qəbuledir. Ertəsi gün ilk gedişlərdəcə məğlub olacağını anlayan Czentovic oyunu yarımçıq buraxır. Dr.B bir partiya daha oynamağı təklif edir. Lakin, yenə həddən artıq həyəcanlanmağa başlamışdır. Bunu görən Czentovic yavaş oynamağa başlayıraq, gedişlərini gecləşdirir. Sonda Dr.B yenidən əsəb gərginliyi keçirdiyindən, özünə gələrək oyunu tərk edir. Masada Czentovici şahmat fiqurları ilə baş-başa buraxır.


Şahmat novellasının elektron versiyasını Azərbaycan dilində oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1156-stefan-svayq-secilmis-eserleri.html